Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Rusiyaya işgüzar səfər edib.
Soçidə Ermənistan baş nazirinin Rusiya və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşü planlaşdırılır.
Ermənistanın baş naziri ilə Rusiya prezidenti arasında ayrıca görüş də baş tutacaq.
EDNews.net Modern.az-a istinadən xəbər verir ki, Nikol Paşinyanla birlikdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və baş nazir aparatının xarici əlaqələr şöbəsinin müdiri Hraçya Taşçyan da Soçiyə gedib.
Ermənistan KİV-lərinin məlumatına görə, erməni media nümayəndələri bu dəfə baş naziri müşayiət etmirlər.
Ermənistan KİV-ləri yazır ki, Hraçya Taşçyan Nikol Paşinyanın Azərbaycanla danışıqlar aparan nümayəndəsidir.