Zəngəzur dəhlizinin 100 ildən sonra, nəhayət, açılması çox vacibdir.
EDNews.net xəbər verir ki, bunu Qaradəniz Texniki Universitetinin dosenti, professor İsmayıl Köse Zəngəzur dəhlizinin əhəmiyyəti haqda danışarkən deyib.
“Dəhliz nə gətirəcək? İlk mərhələdə dəhlizdən təbii qaz və neft kəmərləri çəkilməyəcək. Bu, bütün dünyada belədir. Bir az dəhlizin yerləşməsi, onun istifadəyə yararlılığını və davamlılığını görmək lazımdır. Daha sonra Zəngəzur dəhlizində təbii qaz və neft kəmərlərini görəcəyik. Dəmir yolu çəkiləcək. Köhnə İpək Yolu, qədim İpək Yolu yenidən canlanacaq və üçüncü ölkənin birbaşa müdaxiləsi və icazəsi olmadan Orta Asiyadan Türkiyəyə tranzit mümkün olacaq. Türkiyə TIR-ları üçüncü bir ölkənin icazəsi və vergisinə, bəzən ədalətsiz və əlavə vergiyə məruz qalmadan türk dünyası ilə rahatlıqla əlaqə saxlaya biləcək. Strateji və iqtisadi baxımdan dəhliz gələcəkdə bu gün gözləniləndən daha çox töhfə verə bilər”, - deyə professor bildirib.