Bu xəritələr Ermənistanı “mina terrorunun memarı” titulundan xilas edə bilməz... Hərbi ekspert

Siyasət 13:47 05.12.2021
Vətən Müharibəsinin başa çatmasından 13 ay keçməsinə baxmayaraq hələ də Azərbaycan vətəndaşları Ermənistanın ərazilərimizdə basdırdığı minalarda sağlamlığını və ya həyatını itirməkdə davam edir. Bir neçə dəfə İrəvan Azərbaycana mina xəritələrini təqdim etsə də, bu günə qədər onların böyük əksəriyyəti Ermənistan Müdafiə Nazirliyinin Mühəndis qoşunlarının arxivində saxlanılırdı. Əvvəl təqdim edilən 3 rayonun xəritələrin cəmi 25 faiz dəqiq olması isə daha geniş araşdırma tələb edən mövzulardan biridir. Ermənistan hökuməti dəqiq xəritələrə malik olduğunu etiraf etsə də, bu xəritələri Azərbaycana verməməklə bu məsələni siyasi şantaj predmetinə çevirirdi. Bu isə Ermənistanda terrorizmin dövlət səviyyəsində dəstəkləndiyi deməkdir. 
 
İstənilən halda minalarda həlak olan və ya sağlamlığını itirən vətəndaşlara görə Ermənistan cavabdehlik daşıyır. Bu məsələ dəfələrlə müxtəlif platformalarda müzakirə edilsə də, rəsmi İrəvan minalı ərazilərin dəqiq xəritələrini bu günə qədər Azərbaycana verməkdən imtina etməklə rəsmi Bakının səbr kasasını daşırmağa çalışırdı.  
 
ANAMA-nın təqdim etdiyi statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib. Ərazilər azad edildikdən sonra mülki şəxslər arasında 73 nəfər mina hadisələrinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə həlak olub. 
 
Ermənistanın işğal dövründə Azərbaycn ərazilərini “mina tarlasına” çevirməsi, son 13 ayda isə bu xəritələri siyasi şantaj predmeti kimi istifadə etməsi terrorizmin təzahürü kimi dəyərləndirilməlidir. Ermənistan tərəfindən Azərbaycana qarşı davam edən mina terroru, əslində erməni terrorizminin yeni formasıdır. Ermənistanın hazırda Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yeni bir hadisə deyil. Bütün dünyaya məlumdur ki, Ermənistan ilk dəfə ərazi iddiaları irəli sürdüyü dövrdə də Azərbaycana və Türkiyəyə qarşı yüzlərlə terror aktı törədib. Odur ki, Beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycan və onun vətəndaşlarına qarşı qəddarcasına davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. 
 
Dekabrın 4-də Azərbaycan humanizm prinsiplərini əsas tutaraq 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil verməklə işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Ermənistandan əldə edə bildi. Mina xəritələrinin Azərbaycana verilməsi, Ermənistanı “mina terrorunun memarı” titulundan xilas edə bilməz. 
 
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə Ermənistana təhvil verilən şəxslər 16 noyabr 2021-ci il tarixində işğalçı ölkənin silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar. Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdi. 
 
Demək olar ki, işğaldan azad edilən bütün minalı ərazilərin xəritələri artıq əlimizdədir, lakin onların dəqiqliyinin əvvəlkində yaxşı olduğunu düşünə bilmərik. Dəqiqlik barədə son sözü yəqin ki, yaxın günlərdə Silahlı Qüvvələrin mühəndis xidmətləri və ANAMA deyəcək. 
 
İstənilən halda Ermənistanın işğal dövründə Azərbaycan ərazilərinə basdırdığı minalar vətəndaşlarımızın doğma yurd-yuvalarına qayıltmasına mane olmaq məqsədilə basdırılıb. Ermənistan xəritəni təqdim etsədə, böyük məbləğdə vəsait tələb edən minatəmizləməni Azərbaycan öz vəsaiti hesabına həyata keçirir. Minaların qurbanları isə daha çox dinc sakinlərdir. Əgər bu xəritələrdə qeyri-dəqiq olarsa, deməli döyüş meydanında məğlub olan Ermənistanın dinc sakinlərə qarşı müharibəni hələ də davam etdirir. Belə olan halda mövcud faktlar əsasında Ermənistanın məsliyyət daşıması üçün hüquqi prosedurlara başlamalıyıq, həlak olanların ailələrinə və yaralananlara ödəniləcək kompensasiya ilə bərabər minaların təmizlənməsinə xərclənən vəsaiti də Ermənistandan geri tələb etməliyik. 
 
Ədalət Verdiyev, hərbi ekspert
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Hamısı