“Yeni müharibə və ya hakimiyyət dəyişikliyi olmalıdır” - Artak Zakaryan - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

“Yeni müharibə və ya hakimiyyət dəyişikliyi olmalıdır” - Artak Zakaryan

Siyasət A- A A+

“Ermənistan qaçılmaz seçim qarşısındadır. Yeni müharibə və ya hakimiyyət dəyişikliyi olmalıdır”.

EDNews.net xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan Facebook səhifəsində yazıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Zəngəzur dəhlizi ilə bağlı bəyanatını xatırladıb:

“Uzun müddətdir ki, bu məsələ 44 günlük müharibədə məğlubiyyətin nəticələrindən biri kimi qiymətləndirilsə də, qlobal geosiyasi oyunda “Zəngəzur dəhlizi” adlanır. Ərazi rus-fars, eləcə də Hindistan-Çin maraqlarına zidd olan türk tərəfi üçün ən arzuolunan parçadır. Dəhliz məsələsi gündəmdən çıxarılmasa, deməli, yenə müharibə iyi gəlir. Çünki əcnəbi “sahiblərin” bir hissəsi Nikol Paşinyandan dəhlizin verilməsini tələb edir, digər hissəsi isə hər hansı “koridor” məsələsinin müzakirəsini qadağan edir”.

Modern.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...