Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə görüşü həddindən artıq faydalı adlandırıb

Siyasət 13:11 15.12.2021

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti Əliyev və Ermənistan Baş naziri Paşinyanla görüşün əhəmiyyətli olduğunu bildirib.

EDNews.net-in məlumatına görə, Ş. Mişel qeyd edib ki, Cənubi Qafqaz regionunda vəziyyətlə bağlı səmimi və açıq dialoq baş tutub: “Avropa İttifaqı bu regionda daha çox sabitlik və rifah üçün müsbət rol oynamaq istəyinə sadiqdir. Biz ehtiyac duyulan humanitar jestləri dəstəkləmək, hər iki tərəf arasında etimad yaradacaq səyləri gücləndirmək istəyirik. Həmçinin, digər aktorlarla birlikdə bütün müsbət səyləri dəstəkləməyə hazırıq. Bildiyiniz kimi, biz hər zaman Minsk Qrupunu və daha artıq təhlükəsizliyə, sabitliyə nail olmaq üçün bütün səyləri dəstəkləmişik. Biz göstərmişik ki, hətta mürəkkəb mövzularda belə birbaşa alətlər səmərəlidir və buna ehtiyac var. Təbii ki, ən çətin məsələlərlə bağlı belə vacib olan birinci şey bir-birimizə qulaq asmaq, harada olduğumuzu baş düşmək, yanaşmalarımız və görüşlərimiz arasında hansı fərqlərin olduğunu görmək, bəzən də müxtəlif arqumentləri açıqlamaqdır. Mən qəti şəkildə inanıram ki, bu görüş həddindən artıq faydalı idi, inanıram ki, qısa və orta müddətli olaraq bu cür birbaşa təmaslar saxlanacaq. Bir daha vurğulamaq istəyirəm ki, Aİ digər tərəfdaşlarla birlikdə öz üzərinə düşən işi görməyə hazırdır. Çünki bizim regionda daha çox sülh sabitlik və rifah üçün aydın görüşümüz, aydın hədəflərimiz var”.

Aİ Prezidenti hər iki ölkənin lideri ilə davamlı şəkildə əlaqə saxladığını bildirib: “Telefon əlaqələri ilə yanaşı, Bakıya və İrəvana səfər etmişəm, liderlərlə birbaşa görüşlərim olub. Mən anlayıram və görürəm ki əlaqələnmə və kommunikasiya prioritetdir. Əlbəttə ki, etimadın səviyyəsi barədə də əmin olmaq vacibdir. Bu görüşdə dəmiryolu xətlərinin çəkilməsi barədə razılıq əldə olundu, çünki kommunikasiya xətlərinin yenidən açılması üçün nəyə ehtiyac olduğu barədə tərəflərin yanaşması aydın idi və bu məsələ ilə bağlı ortaq anlaşma vardı. Biz birlikdə sualları müəyyənləşdirdik ki, yaxın və orta müddətdə birgə şəkildə nəyin üzərində işləyə bilərik, vacib olan nədir? Sirr deyil ki, bəzi məqamlarla, suallarla bağlı çətinliklər mövcuddur, lakin məndə bir əminlik var. Çünki burada qarşılıqlı anlaşma mövcuddur. Bu o demək deyil ki, biz hər şey barədə razılığa gəlmişik, lakin bu o mənanı ifadə edir ki, bir-birini daha yaxşı başa düşmək istiqamətində səylərin göstərilməsi ilə bağlı ortada ortaq siyasi istək var. Əməkdaşlığı gücləndirmək üçün nə etmək lazım olması barədə suala cavab tapmaqla bağlı siyasi istək mövcuddur”.

Ş. Mişelin sözlərinə görə, hər zaman birbaşa danışmaq vacibdir: “İnanıram ki, belə şəxsi görüşlərin əlavə dəyəri böyükdür. Əminəm ki, bu görüşümüzdən sonra gələcəkdə başqa birbaşa görüşlər üçün imkan açılır. Xatırlatmaq istəyirəm ki, bir müddət öncə səylərimiz nəticəsində mümkün insidentlərin qarşısını almaq, gərginlikdən uzaq olmaq və hər hansı çətinliklər meydan çıxarsa, onların idarə olunması üçün iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqə yarandı. Düşünürəm ki, regionda sabitliyi və təhlükəsizliyi maksimallaşdırmaq üçün liderlər arasında bu cür təmaslar vacibdir”.

Aİ Prezidenti görüş zamanı Azərbaycan və Ermənistan liderlərini bir müddət yalqız buraxdığını da deyib: “Düşündüm ki, mən bu istiqamətdə dəstək verməli, kömək etməliyəm, çünki birbaşa danışıqlar naminə bu onlar üçün də vacibdir”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Hamısı