“Hikmət Mirzəyevə qarşı kampaniyanı “5-ci kalon” yönləndirir...” Sabiq nazir müavini

Siyasət 10:50 18.12.2021
“2020-ci ildəki II Qarabağ savaşınadək Nəcməddin Sadıkov başda olmaqla həmin qüvvələr Xüsusi Təyinatlı Qüvvələrin zəiflədilməsi və dağıdılması üçün əllərindən gələni edirdi…”
 
“Son günlər  Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı general-leytenant Hikmət Mirzəyevlə bağlı mediada və sosial şəbəkələrdə yayılan bəzi əsassız söz-söhbətlər onu hələ 1-ci Qarabağ savaşında gözümün önündə torpaqlarımızın azadlığı uğrunda cəsarət və fədakarlıqla vuruşmuş bir zabit kimi yaxından tanıyan biri olaraq məni çox narahat etdi. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki hazırda da ermənilərin əlində olan və  o  zaman Ağdam üçün  böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə mənim komandanlığımla aparılmış  hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşmüşdü... Onun Aprel döyüşlərində, 44 günlük Qarabağ savaşında, Şuşanın azad edilməsində   qəhrəmanlıqlarına dastanlar qoşulmaqdadır”.  
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov ifadə edib.
 
“Hesab edirəm ki, hörmətli generalımıza – Şuşa fatehinə qarşı bu mənfur kampaniya Rusiya “QRU”-su, şimal qonşumuzun ölkəmizdəki “5-ci kalon”u tərəfindən yönləndirilir... Mən hələ 1990-cı illərin sonu və ortalarında Müdafiə nazirinin müavini işləyərkən şahidi olurdum ki, o vaxtkı nazir də,  keçmiş  baş qərargah rəisi  Nəcməddin Sadıkov da ona qarşı çox qısqanc və az qala düşməncəsinə mövqe tuturdular. Həmin vaxt Hikmət Mirzəyevin Türkiyədə xüsusi kurs keçmək üçün təqdim olunmasından ötrü mən də əlimdən gələni etdim. Amma adları çəkilən rəhbər vəzifəlilər  Prezident Heydər Əliyevin sərəncamı ilə yaradılmalı olan Xüsusi Təyinatlı Qüvvələrin formalaşdırılması zamanı Hikmət Mirzəyevə nəinki lazımi dəstək verir, əksinə, onun qarşısında cürbəcür əsassız əngəllər yaratmağa çalışırdılar.  “QRU” şəbəkəsi mənim də Türkiyəyə meyilli olduğumu bildiyindən Hikmət Mirzəyevlə münasibətlərimi də korlamağa cəhd edirdilər.  Və sonda min bir hiylə ilə buna nail oldular... 
 
Onu da əlavə edim ki, Aprel döyüşlərinə və sonradan 2020-ci ildəki II Qarabağ savaşınadək Nəcməddin Sadıkov başda olmaqla Rusiyanın “5-ci kalon”u Hikmət Mirzəyevin Ali Baş Komandanın dəstəyi ilə minbir əziyyətlə yaratdığı el arasında “Yaşma” kimi tanınan Xüsusi Təyinatlı Qüvvələrin zəiflədilməsi və dağıdılması üçün əlindən gələni edirdi.  Ancaq Hikmət bəy bütün bu təzyiqlərə, təhlükələrə sinə gərərək həmin hərbi birləşmənin yüksək səviyyədə hazırlanmasına nail oldu və  44 günlük müharibədə mümkün olanından da artığını edərək ordumuzun qarşısında duran əsas vəzifənin icrasında – Şuşanın işğaldan azad olunmasında aparıcı rol oynadı. Bu işlərin başa gəlməsində Hikmət Mirzəyevə şəxsən Prezident və Ali Baş Komandan İlham Əliyevin, həmçinin Türkiyənin hərbi mütəxəssislərinin birbaşa dəstəyi oldu...  
 
Bu günlərdə bəzi saytlarda Saray qəsəbəsində əvvəlcə guya Hikmət Mirzəyevin özünə məxsus olan evdən oğurluq edilməsi haqda dezinformasiya yayıldı. Sonradan təkzib verildi ki, həmin ev generalın qohumuna məxsus olub. Bu dezinformasiyanı yayanlar belə təəssürat yaratmağa çalışırlar ki, guya Hikmət Mirzəyev də bəziləri kimi korrupsionerdir və hər yerdə villası var. Bilirəm ki,  doğrudan da bu, onun yaxın qohumunun evidir. Çünki həmin ev tikilən dövrdə mən podratçı şirkətin rəhbəri kimi Müdafiə Nazirliyinin Şubanıdakı obyektlərinin tikintisini aparırdım. Və bir gün Hikmət Mirzəyev  xahiş etdi ki, onun qohumunun evinin tikintisi üçün yaxşı mütəxəssislər tapılmasında köməklik göstərim. Mən də öz növbəmdə tanıdığım ev ustalarından hörmətli generalın qohumunun evinin tikintisində iştirak etmələrini xahiş etdim. Onu da bilirdim ki, həmin ustaların pulu Hikmət Mirzəyevin qohumu tərəfindən vaxtında və artıqlamasıyla verilirdi... 
 
Digər bir məsələ ondan ibarətdir ki, əvvəla, general Hikmət Mirzəyev korrupsiya ilə məşğul olacaq əqidədə olan bir vətəndaş, bir hərbçi deyil... İkincisi də, hörmətli generalın heç rüşvət almağa ehtiyacı da olmayıb və yoxdur. Çünki Hikmət Mirzəyevin əmək haqqı  kifayət qədər yüksək məbləğdədir. Üçüncüsü də, hörmətli generala Ali Baş Komandanın özü tərəfindən ev verilib. Bütün bunları söyləməkdə məqsədim odur ki, Şuşa fatehi – hörmətli general Hikmət Mirzəyevi ləkələməyə yönəlmiş bütün xain düşmən cəhdləri əbəsdir və puça çıxacaq”- deyə Müdafiə nazirinin sabiq müavini vurğulayıb. 
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı