“Mən Ermənistan tarixinin ən böyük axmağının, satqınının, qatilinin və “Artsax”ı (Qarabağda qondarma rejim nəzərdə tutulur) rədd edən şəxsin yarlığını (kleymo) aradan qaldırmaq cəhdini dinləyirəm”.
EDNews.net “news.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan öz Facebook səhifəsində yazıb.
“Açıq yalandan açıq cəhalətə, dəhşətli saxtakarlıqlardan yeni xəyanətlərə qədər.
“Artsax” məsələsində əsl fəlakət 2018-ci ildə Ermənistanda sənin kimi axmağın biri hakimiyyətə gələndə baş verdi. Qarabağ məsələsində yalanlarınızı, saxtakarlıqlarınızı, xəyanətinizi ifşa etməkdən yorulmayacağam. Bazar ertəsi reallığın, həqiqətin və faktların yeni bir hissəsi sizin başınıza dəyəcək", deyə Aşotyan qeyd edib.