Hulusi Akar Zakir Həsənova başsağlığı verib - ednews.net

17 Yanvar, Bazar ertəsi

Hulusi Akar Zakir Həsənova başsağlığı verib

Siyasət A- A A+

Yanvarın 12-si Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənovla Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Bu barədə EDNews.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, H. Akar Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

H. Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...