Azərbaycan və Ukrayna qarşılıqlı investisiya qoyuluşunu təşviq edəcək - FOTOLAR - ednews.net

25 May, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycan və Ukrayna qarşılıqlı investisiya qoyuluşunu təşviq edəcək - FOTOLAR

Siyasət A- A A+

Kiyevdə Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Ukraynanın İnvestisiyaların Təşviqi və Dəstəklənməsi İdarəsi ("Ukraine Invest") arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu barədə EDNews.net-ə Agentlikdən bildirilib.

Məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və "Ukraine Invest"in baş icraçı direktoru Sergey Tsivkaç imzalayıblar.

Memorandum iki ölkənin sahibkarları arasında qarşılıqlı investisiya fəaliyyətinin təşviqi məqsədilə potensial investisiya layihələrinin və digər sahələr üzrə məlumat, KOB-lara xidmət üzrə təcrübə mübadiləsini, sahibkarlar üçün qarşılıqlı tanıtım tədbirlərinin təşkili kimi istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...