Ədalətdən danışan ədalətsiz: “Human Rights Watch” Niyə Qarabağ müharibəsi faktlarını gizlədir?

Siyasət 23:29 16.01.2022

Dünyanın bir sıra ölkələrinin, habelə beynəlxalq təşkilatlarının ikili standartları Yer üzündə hələ də mövcud olan, davam edən, dondurulmuş münaqişələrin ortaya çıxmasına, obyektiv həll edilməməsinə, habelə yeni-yeni münaqişə konfliktlərinin yaranmasına rəvac verir. Bir sıra hallarda təcavüzkarla təcavüzə məruz qalanlar arasında bərabərlik işarəsinin qoyulması, regional konfliktlərə şəxsi maraqlardan, subyektiv mənafelərdən, ambisiyalardan yanaşılması “Human Rights Watch” (HRW) təşkilatının fəaliyyətində də özünü açıq aydın büruzə verir.

EDNews.net-in Report-a istinadən verdiyi məlumata görə, bunu təşkilatın 2021-ci il üzrə hesabatında açıq-aydın görmək olar. Təşkilatın 2021-ci il üzrə hesabatında iddia edilir ki, ikinci Qarabağ müharibəsi zamanı Ermənistanda 71, Azərbaycanda isə 54 məktəb dağıdılıb.

Belə çıxır ki, dünyanın 102 ölkəsində insan haqlarının durumunu təsvir edən, hüquqların məhdudlaşdırılmasını stimullaşdıran amilləri qiymətləndirən hesabat müəllifləri ikinci Qarabağ müharibəsinin Ermənistan deyil, Azərbaycan ərazisində aparıldığını, işğaldan azad edilən ərazilərdə bir zamanlar Ermənistan tərəfindən məskunlaşma siyasəti yürüdüldüyünü, həmin torpaqlardakı məltəblərin də qanunsuz inşa olunduğunu görməzlikdən gəliblər.

Hesabatda Azərbaycanla Ermənistana bərabər şəkildə - 7 səhifəlik həcmlik yerin ayrılması təcavüzkarın gizlədilməsi məqsədindən başqa bir şey deyil.

“Human Rights Watch” təşkilatının günahı yalnız Azərbaycanda görən “ekspertlər”i ən böyük xətanı “Altı günlük müharibəsinin doğurduğu nəticələr” bölümündə törədiblər. Dünyaya obyektivlikdən, insan haqlarının müdafiəsi barədə “mühazirə” keçməyə cəhd edən ekspertlər müharibənin və onun təbii fəsadları olan dağıntıların günahını birmənalı şəkildə Azərbaycanın ayağına yazmağa can atıblar. Belə çıxır ki, 102 ölkədə “hər şeydən xəbərdar olan” “ekspertlər” ya Qarabağın hansı ölkəyə məxsus olduğunu “unudublar”, ya da məqsədli şəkildə “zavallı” Ermənistanın yanında yer alıblar. Hər halda bu məsələdə ikinci variant daha məntiqli və ağlabatan görünür.

Daim obyektivlikdən, insan haqlarının qorunmasının zəruriliyi barədə danışan hesabat müəlliflərinin Azərbaycanı təcavüzkar kimi qələmə verməyə cəhd göstərmələri “Human Rights Watch” təşkilatının tez-tez dünyada bəyan etdiyi ədalətlilik prinsipinin əsl mahiyyətini ortaya qoyur. “Human Rights Watch” Azərbaycan silahlı qüvvələrini “erməni əsirlərini fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qoyduğu üçün” qınayır, ancaq on illiklərdir erməni vəhşiliyi, terroru ilə üzləşən azərbaycanlıların çəkdikləri müsibətlərin, eləcə də ikinci Qarabağ müharibəsində Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərdə mülki şəxlərin Ermənistan silahlı qüvvələrinin atəşə tutulması nəticəsində həlak olması faktının üstündən sükutla keçir. Sadalanan faktlara göz yuman hesabat müəllifləri azərbaycanlıları “..erməni mülki şəxslərə, hətta yaşlı insanlara, uşaqlara qarşı işgəncə törətdiklərinə, məhkəməsiz edam hallarına yol verdiklərinə görə..” ittiham ediblər.

Nədənsə beynəlxalq təşkilatların Ermənistanla bağlı qətnamələrinə göz yuman hesabat müəllifləri ancaq həmin qurumların Azərbaycana dair bəzi çağırışlarında “gözləri açılıb”. Elə təsvir verilib ki, guya bu qətnamələrin, bəynatların hər biri Azərbaycana qarşı olub. Əslində həmin bəyanatlar anti-Azərbaycan xarakterli olmayıb. Əksinə, hər iki ölkəyə-həm Azərbaycana, həm də Ermənistana-ünvanlanıb.

Hesabatdakı “faktlar”la, “statistik”a ilə tanış olan, regionda baş verənlərdən xəbərsiz olan hansısa üçüncü ölkənin vətəndaşlarında Qarabağın reallıqda kimə məxsus olması barədə haqlı suallar ortaya çıxa bilər. Belə isə “Human Rights Watch”ın obyektivlikdən danışıb obyektivlikdən uzaq olan “ekspertlər”inin məqsədi nədir? Cavab məlumdur – beynəlxalq itimaiyyəti çaşdırmaq, Azərbaycanla Ermənistan, təcavüzdən zərər çəkənlə təcavüzkar arasında bərabərlik işarəsi qoyumaq. Hesabatda sanki ermənilərin öz evlərində oturub əmin-amanlıq içində yaşamaları, sülh istədikləri, Azərbaycanın isə 44 günlük müharibə zamanı təcavüz edərək “sülhpərvər”lərin hüquqlarını pozmaları qeyd edilib. Hesabat müəllifləri müəyyən mənada haqlıdırlar. Ermənilər doğrudan da əmin-amanlıq, sülh içində yaşamaq istəyirdilər, amma bunu Azərbaycan ərazisini işğal etməklə nail olmağa çalışırdılar. Elə “Human Rights Watch” təşkilatı kimi Azərbaycanla Ermənistanı eyniləşdirən digər beynəlxalq təşkilatların onilliklərdir bitib-tükənməyən vasitəçilik missiyalarını, mənasız danışıqlarını süni şəkildə uzatmaq da rəsmi Yerevanın bu missiyasına xidmət edirdi.

“Human Rights Watch” hesabatında nədənsə beynəlxalq təşkilatların Ermənistanı təcavüzkar adlandıran qətnamələrinin üzərindən sükutla keçir, özünü BMT-nin Ermənistanı işğalçı adlandıran 4 qətnaməsindən xəbərsiz kimi qələmə verir.

Qeyd edək ki, BBC-nin hələ 2020-ci ilin oktyabrındakı məqaləsində “Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Human Rights Watch” və “Amnesty International” təşklilatlarını Azərbaycana dəvət etməsi xəbər verilib. Bundan sonra HRW ekspertləri Azərbaycana gəliblər, 44 günlük müharibənin gedişatı, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa zidd hərəkətləri barədə araşdırma aparıblar. Araşdırmanın nəticəsi olaraq “Ermənistanın Azərbaycana qarşı qanunsuz raket zərbələri” adlı məruzə hazırlanıb. “Human Rights Watch” təşkilatının həmin məruzəsində qeyd edilib ki, “2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş müharibə zamanı Ermənistan hərbi qüvvələri qeyri-qanuni olaraq kasetli silahlardan istifadə ediblər. Hərbçilər və mülki əhali arasında fərq qoymadan hər kəsi öldürüblər. Noyabr ayında hadisə yerlərini araşdırmış HRW ekspertləri Ermənistan silahlı qüvvələrinin ballistik raket və iri kalibrli artilleriya silahlarından istifadə etdiyini göstərən 11 insidenti sənədləşdiriblər.

Lakin “Human Rights Watch” əks etdirdiyi faktları bugünlərdə yayımladığı ümumi illik hesabatına daxil etməyib. Məqsəd aydındır: - müharibədən azacıq sonrakı dövrdə qeydə alınan faktlar sonuncu hesabatdakı “faktlar”ı tamamilə təkzib edir.

Bütün bunlar onu göstərir ki, hesabatda Azərbaycanın əleyhinə verilmiş “arqumentlər” saxta, bəlkə də sifarişlidir. Bir sözlə, özünü insan hüquqlarının, ədalətin “carçısı” kimi qələmə verməyə çalışan “Human Rights Watch” təşkilatının qərəzli hesabatının Azərbaycanla bağlı hissəsi ölkəmizi məqsədli şəkildə hədəf seçib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Hamısı