Türk Dövlətləri Təşkilatı 20 yanvar faciəsi ilə bağlı "Twitter" hesabında paylaşım edib.
Ednews xəbər verir ki, paylaşımda baş verənlər pislənilib.
“1990-cı il yanvarın 20-si Azərbaycan üçün təkcə “Hüzn Günü” deyil, həm də ölkəni müstəqilliyə doğru aparan “Şərəf Günü”dür. Tarixə “Qara Yanvar” kimi düşmüş bu gündə qurbanların və şəhidlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqının dərdini paylaşırıq”, - deyə qeyd edilib.