Ednews rus mətbuatına istinadən xəbər verir ki, rus qoşunlarına məxsus 20 döyüş gəmisi Avropanın mərkəzində yerləşən Kalininqradı təcili olaraq tərk edib.
Fransanın Rumıniyadakı NATO qoşunlarına hərbi dəstək göndərəcəyi gözlənildiyi halda, ABŞ əsgərlərinin sayı ilə bağlı dəqiq rəqəm ortaya çıxıb.Rusiya tərəfi isə digər yandan hucum qarşı tərəfdən gələcəyi iddiasındadır.
Ukrayna dövlət sərhədinə 100 000 hərbiçi yerləşdirərək son illərin ən böyük hərbi gərginliyinə səbəb olan Rusiya lideri Kalininqraddan gələn 20 döyüş gəmisinin Baltik dənizi sahilinə yerləşdirilməsinə göstəriş verib.
Rus ordusuna məxsus " Zvezda" televiziyasının yaydığı məlumata görə hərbi donanma ilə yanaşı yeni nəsil "Stoykiy" və "Soobrazitelnıy" adlı hərbi gəmiləri də təlimlər üçün öz bazalarını tərk edib.