Tural Abbaslı Əli Əliyev haqqında yayılan bəyanata ETİRAZ ETDİ “Xəbərim yoxdur”

Siyasət 16:24 26.01.2022

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsi ilə bağlı yaradılmış Müdafiə Komitəsinin yaydığı bəyanatda Ağ Partiya başqanı Tural Abbaslının da adı yer alıb. Belə ki, yayılan bəyanatda partiya rəhbərinin də imzası əks olunub. Tural Abbaslı isə verdiyi açıqlamasında heç bir bəyanata imza atmadığını açıqlayıb.

Ednews xəbər verir ki, bu barədə Ağ Partiya başqanının ictimaiyyətlə əlaqələr üzrə müavini Cavanşir Abbaslı Facebook paylaşımında bildirib. Partiya bəyan edib ki, bəyanatdan T.Abbaslının məlumatı olmayıb və partiyanın 14 yanvar tarixli bəyanatında bu həbsə olan mövqeləri tam şəkildə ifadə olunub.

Məsələ ilə bağlı Ednews Tural Abbaslı ilə əlaqə saxlayıb. O, Əli Əliyevin azadlığa buraxılmasının tərəfdarı olduğunu və bununla bağlı bəyanat verdiklərini qeyd edib.

“Əli Əliyevin müdafiə Komitəsinin üzvüyəm. Partiyadan bir neçə nəfər də həmin komitənin üzvüdür. Mövqeyimiz məlumdur. Yanvarın 14-də partiya olaraq ayrıca bəyanatımız da vardı. Sadəcə olaraq, iki gün bundan öncə Müdafiə Komitəsinin toplantısı keçirildi. Orada bəyanat verilməsi haqda bir fikir olub. Adətən protokola görə bəyanatın mətni göndərilir, razılaşdırılır və sonradan bəyanatın mətni ilə razılaşan şəxslərin, təşkilatların adından bəyanat yayılır. Amma təəssüflə qeyd edirəm ki, ya təşkilatçıların təcrübəsizliyindən ya da bəyanat yayan adamın bilgisizliyindəndir ki, Ağ Partiya başda olmaqla bir çox partiyalara bəyanat göndərilmədən, yəni oradakı fikirlər razılaşdırılmadan bəyanatların altında həmin təşkilatların, şəxslərin adları yazılıb. Mən orda imzası olan bir neçə partiya ilə maraqlandım. Onların da rəhbərləri bildirdilər ki, bizə də məlumat verilmədən adımız orda qeyd olunub. Düşünürəm ki, bu protokola uyğun deyil. Çünki orda bəzi fikirlər var ki, biz şəxsən o fikirlərlə razı deyilik. İmzamız olacaqsa o fikirlərin dəyişdirilməsi və korrekt yazılmasıyla bağlı fikir bildirə bilərdik”.

Partiya başqanı həmçinin qeyd edib ki, yaranan anlaşılmazlıqla bağlı artıq partiyaya müraciət olunub.

“Artıq iradımızı Vətəndaş və İnkişaf Partiyasının nümayəndələrinə bildirmişik. Onlar da bu yaranan vəziyyət barədə üzrxahlıq edib texniki yanlışlıq olduğunu bildirdilər. Bizim Əli Əliyevin azadlığa buraxılmasına heç bir etirazımız yoxdur, sadəcə olaraq bu ciddi partiyalardır və bu məsələdə daha diqqətli olmalıyıq".

Ağ Partiya başqanının ictimaiyyətlə əlaqələr üzrə müavini Cavanşir Abbaslı isə açıqlamasında bildirib ki, bu xəbərlər yayılan kimi Vətəndaş və İnkişaf Partiyasından Zaur bəylə əlaqə saxlayaraq ona öz iradlarını bildiriblər. O, isə öz növbəsində yaranan anlaşılmazlığa görə, üzrxahlıq edib.

Bəs, partiyanın adını əsassız belə bir məsələdə hallandırmasına görə, Ağ Partiyanın rəsmi olaraq, məhkəməyə müraciət etmək fikri varmı?

Cavanşir Abbaslı qeyd edib ki, bunun uçün heç bir səbəb yoxdur.

“Belə bir mərhələdə hüquq mühafizə orqanlarına müraciət etməyimiz siyasi cəhətdən etik sayıla bilməz. Sadəcə olaraq, VİP sədrinin müavini ilə söhbətimizdə bundan sonrakı mərhələdə bəyanatlar qəbul olunarsa mütləq şəkildə həmin sənədin bizə də göndərilməsini bildirdim. Burada artıq məhkəmə müstəvisi də yoxdur”.

C. Abbaslı həmçinin qeyd edib ki, Əli Əliyev barəsində 5 aylıq məhkəmə qərarından qısa zaman sonra Ağ Partiyanın mövqeyi tam şəkildə ifadə olunub.

“Təəssüf ki, bəzi şəxslər guya Ağ Partiyanın mövqeyindən geri çəkildiyi haqqında xəbərlər yayırlar. Bunlar düzgün yanaşma deyil, çünki partiyamızın bununla bağlı bəyanatı var, mövqeyimiz ifadə olunub. Bu şəxslərin belə hallardan sui-istifadə etmələrini düzgün hesab etmirəm”. 

Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Zaur Qasımov isə bildirib ki, bununla əlaqədar iki partiyadan zəng olub.

“Biz bu məsələləri Tural bəyin müavini Cavanşir bəylə müzakirə etdik. AY Partiyanın (Azərbaycan Yüksəliş Partiyasının) üzvü Bəhram bəy də mənə zəng edib. Hər iki partiyanın nümayəndəsilə danışıb yaranan vəziyyətə aydınlıq gətirdik. Buradan bir intriqa çıxarmağa ehtiyac yoxdur”, - deyə o, fikirlərini tamamlayıb.

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı