Azərbaycan Ombudsmanı ATƏT-in tədbirində Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavab verib

Siyasət 21:40 26.01.2022
Ednews xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Azərbaycanın sədrliyi ilə keçirilən Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda Ermənistan nümayəndə heyətinin üzvünün əsassız arqumentlərinə tutarlı cavab verib.
 
Səbinə Əliyeva bütün beynəlxalq humanitar hüquq normaları və insan hüquqlarına zidd şəkildə Ermənistanın qəsdən qadağan olunmuş “SCUD”, “Smerç”, “İsgəndər-M” və digər ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə mülki əhalinin sıx yaşadığı şəhər və rayonları intensiv şəkildə bombardmana məruz qoyduğunu, nəticədə mülki şəxslər arasında ölüm və yaralanma hallarının, habelə kütləvi dağıntıların baş verdiyini bildirib.
 
Ombudsman müharibə zamanı və sonrakı dövrlərdə müharibədən zərər çəkmiş ərazilərə baş çəkərək, Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin nəticələri ilə yerində tanış olduğunu, bu cinayətlərin qurbanları ilə görüşdüyünü, beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının bilavasitə şahidi olduğunu vurğulayıb.
 
O, habelə Ermənistanın 1992-ci ilin 26 fevral tarixində mülki şəxslərə qarşı insanlıq tarixində misli görünməmiş Xocalı soyqırımını törətdiyini, nəticədə çox sayda mülki şəxslərin, o cümlədən qadın, uşaq və qocaların amansızcasına etnik zəmində qətlə yetirildiyini Forum iştirakçılarının diqqətinə çatdırıb.
 
Ombudsmanın müharibə dövründə erməni hərbi əsirlərə baş çəkərək onların saxlanma şəraiti ilə tanış olduğu, fərdi qaydada qəbul etdiyi, müraciətlərini dinlədiyi, onların ailə üzvləri ilə həm telefon, həm də məktub vasitəsi ilə əlaqə saxlamalarına yardım edildiyi, öz dillərində hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktlarının təqdim olunduğu, lakin Ermənistan Ombudsmanının Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir və girovların vəziyyətləri ilə bir dəfə də olsun maraqlanmadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
O, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyi ilə bağlı indiyədək onların ailə üzvlərinə məlumat verilməməsinin beynəlxalq humanitar hüquq normalarına zidd olduğunu, bununla Ermənistan tərəfinin ailə həyatına hörmət hüququnun, habelə münaqişə tərəflərinin itkin düşmüş şəxslərin axtarışı, onlarla bağlı məlumatların mübadiləsi sahəsində əməkdaşlıq etmək öhdəliyini pozduğunu qeyd edib.
 
S.Əliyeva Ermənistanın 30 il ərzində işğal altında saxlanılmış Azərbaycan torpaqlarında kütləvi şəkildə minalama prosesi həyata keçirdiyini, Ermənistan tərəfinin hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırmasının beynəlxalq humanitar hüquq pozuntusu olduğunu vurğulayıb.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı