Dünyadan ümidi kəsilən PKK Avropa ilə Türkiyə əlaqələrinin pərdəarxası məqamları

Siyasət 16:25 27.01.2022

İngiltərə Ali Məhkəməsi etirazlar zamanı PKK terror təşkilatı ilə əlaqəli simvolların daşınmasının ağır cinayət olduğunu təsdiq edib. Hətta bu barədə şikayət edən PKK terrorçu təçkilatının üç üzvünü ağır cəzalandırıb.

Məhkəmənin qərarında bildirib ki, şikayətçi olan Rəhman Pur, İsmayıl Akdoğan və Rotinda Dəmir Türkiyənin 2018-ci il sərhəd əməliyyatında PKK və onun Suriya qolu əleyhinə hərbi mübarizəsinə etiraz edərkən saxlanılıblar.  

Ali Məhkəmə "hər biri 2000-ci il qanununa görə qadağan edilmiş bir təşkilat olan PKK-nın bayrağını daşıdığını" irəli sürüb.

Buna baxmayaraq PKK Britaniya Ali Məhkəməsinin son qərarına qədər ölkədə dəfələrlə anti-Türkiyə çağırışları və buna bənzər nümayişlər keçirib. PKK-nın məhz son dönəmdə Qərbdə sərt cəzalandırılması müəyyən suallar doğurub. 

Siyasi ekspert Sədrəddin Soltanın fikrincə, Qərb PKK-nı sıxmaqla özünü anti-terror tərəfdarı kimi göstərmək istəyir. O, bu barədə EDNews-a açıqlaması zamanı deyib.  

“Qərb bu yolla özünü Ankaranın müdafiəçisi kimi qələmə vermək istəyir. Bu səbəbdən deyə bilərəm ki, Britaniyada baş verənlərin bilavasitə Türkiyə ilə əlaqəsi var. Çünki Qərb dövlətləri vaxtilə Türkiyəyə qarşı bir çox əməliyyatlarda terrorçu təşkilatlarından da istifadə ediblər. Hətta PKK-dan İran və Suriyadakı Əsəd qüvvələri alət kimi sitifadə edib. Lakin son dönəmlərdə Türkiyənin ardıcıl uğurlu anti-terror əməliyyatları ona qarşı fərqli situasiya yaradıb. Qərb artıq Türkiyəyə qarşı təzyiqlərin terror vasitəsilə edilməsinin o qədər də fayda vermədiyini görür. Bu səbəbdən o artıq terrorçularla iş birliyi planını dəyişib, əksinə Türkiyəyə yaxınlaşmaq variantını işə salmağa çalışır”. 

Politoloq Türkiyənin Avropada nüfuzunun artmasının digər səbəblərini də açıqlayıb.  O, bildirib ki, Türkiyənin son zamanlar İŞİD terrorçu qrupları ilə mübarizəsi zamanı digər qonşu dövlətlərin sərhəd və ərazi bütövlüyünə hörmətlə yanaşması ona qarşı güvəni artırıb. Bundan əlavə S.Soltan bunu ötən ilin sonlarında Belarusla Polşa sərhədləri arasında suriyalı və əfqan qaçqınlarla bağlı artan gərginlikdə Türkiyənin mövqeyi ilə də əlaqələndirib. 

“Son aylarda Polşa ilə Belarus rəshədləri arasında baş verənlər Türkiyənin çəkisini artırdı. Türkiyə həm də 3 milyondan çox qaçqına ölkəsində sığınacaq verən bir ölkədir. Bu səbəbdən Avropa onunla hər mənada hesablaşır”. 

Qeyd edək ki, Böyük Britaniya 2001-ci ilin martında PKK və ona aid digər qollarını qeyri-qanuni təşkilatlar siyahısına salıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, onların bütün fəaliyyətləri, eləcə də bu qruplara üzvlük və ya onlara dəstək çağırışı qadağan edilib.

Bundan əlavə, PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən də terror təşkilatları siyahısındadır.

PKK Türkiyəyə qarşı 35 ildən artıq davam edən terror kampaniyasında qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə səbəb olub. 

Elnur Ənvəroğlu

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı