İsa Qəmbər Arif Hacılıya "yaşıl işıq" yandırdı Müsavatda yeni başqan kim olacaq?

Siyasət 15:08 02.02.2022

Ötən gün “Xural TV”-də jurnalist Əvəz Zeynallının suallarını cavablandıran sabiq Müsavat başqanı İsa Qəmbər Musavat Partiyasının gələcəyi ilə bağlı maraqlı açıqlamalar verib.

İsa Qəmbər “Azadlıq Salnaməsi”ndə (I hissə): “Məsuliyyəti üzərimə götürməyə  hazır idim”-VİDEO | Xural qəzeti

Əvəz Zeynallının “Arif Hacılı iki dəfə partiya başqanı seçilib və bu yaxınlarda başqanlığının 8-ci ili tamam olacaq. Musavat partiyasının nizamnaməsinə görə o üçüncü dəfə seçilə bilməz. Elə isə yeni başqan kim olacaq? İsa Qəmbər yenidənmi başqanlığa qayıdacaq?” sualına İ.Qəmbər belə cavab verib:

“Yenidən başqanlığa gəlməyi düşünmürəm, belə bir niyyətim yoxdur. Arif Hacılı Azərbaycanın ən görkəmli ictimai və dövlət xadimlərindən biridir. O çox böyük şərəf və ləyaqətlə partiyaya liderlik edir. Nizamnaməyə və ictimai təlabata uyğun şəkildə onun başqanlığı nə qədər çox davam edərsə bu işin xeyrinədir”.

Hazırda Musavat partiyasında xüsusi çəkisi olan, “dərin başqan” İsa Qəmbərin bu fikirləri səsləndirməsi Arif Hacılının yenidən, üçüncü dəfə seçilməsinə “yaşıl işıq” yandırması kimi şərh olunub.

Qeyd edək ki, Musavat partiyasının nizamnaməsinə görə partiya başqanı sadəcə iki dəfə seçilə bilər. Başqanlıq müddəti isə 4 ildir. Arif Hacılı isə ikinci dəfə 2019-cu ildə Musavatın başqanı seçilib. Yəni, gələn il onun başqanlıq müddəti sona çatır. Sonuncu açıqlamasından belə anlaşılır ki, İsa Qəmbər  “ictimai təlabatı” nəzərə alaraq onun yenidən seçilməsinə dəstək verir. Bəs bu dəstək Musavatın daxilində necə qarşılanır?

Musavatın sabiq Divan üzvü, 2019-cü ildə başqanlığa namizəd olan Yadigar Sadıqlı bu barədə EDNews-a geniş açıqlamalar verib:

Yadigar Sadıqlı “Müsavat sandığı”nı açır: “Tofiq Yaqublu ilə tamamilə əks  mövqe tutmuşam” - VİDEO

O, İsa Qəmbərin sonuncu çıxışını təbəssümlə qarşıladığını bildirib.

“ İsa Qəmbərin “ictimai tələbat”a istinad etməsi çox maraqlı oldu. Yadınızdadırsa son qurultay öncəsi ölkə ictimaiyyətinin böyük əksəriyyəti Musavat başqanlığına ya mənim, ya da Tofiq Yaqublunun gəlməsini dəstəkləyirdi.  O zaman Arif Hacılının tərəfdarlarının mövqeyi ondan ibarət idi ki, Musavat başqanı seçmək ancaq müsavatçıların öz işidir. Başqaları buna qarışmamalıdır. Halbuki Musavat qapalı bir qurum yox, ictimai bir təşkilat idi. İndi isə İsa bəyin ictimai təlabata istinad etməsi açığı məndə təbəssüm oyatdı” – deyə Y. Sadıqlı qeyd edib.

Yadigar Sadıqlı həmçinin Arif Hacılının yenidən seçilmə ehtimalında Musavat rəhbərliyinin öz prinsiplərinə xəyanət edəcəyini söyləyib.

“Nizamnamənin dəyişilməsi ilə bağlı isə onu deyə bilərəm ki, hazırda mən sıravi üzvəm, rəhbərliyin bu istiqamətdə qərarının olub-olmamasında xəbərsizəm. Lakin İsa Qəmbər faktiki olaraq nizamnamənin dəyişilməyəcəyini demədi, bu çox diqqətəlayiq məsələdir. Xatırlayırsızsa, prezident İlham Əliyevin üçüncü dəfə seçilməsi ilə bağlı konsitutsiyaya düzəliş edilərkən Musavat partiyası buna etiraz etmiş və referendumda edilmiş düzəlişin 2013-cü ildə seçilən şəxsə şamil oluna biləcəyini bəyan etmişdi. Bu prizmadan yanaşsaq Arif Hacılının da üçüncü dəfə partiya başqanı seçilmək hüququ yoxdur. Əgər nizamnamə dəyişsə belə bu 2023-cü ildə seçiləcək başqana şamil oluna bilər. Əgər Arif Hacılı gələn il yenidən seçilərsə Musavat rəhbərliyinin öz prinsiplərinə sadiqliyi şübhə altına düşər.

Lakin Arif Hacılının başqanlığı sadəcə nizamnamə yolu ilə yox, başqa üsulla da artırıla bilər. Müxtəlif bəhanə və səbəblərlə qurultayın keçirilməsi yubadıla bilər. Məsələn, İsa Qəmbər ikinci dəfə 2006-cı ildə seçildi, 2010-cu ildə yenidən qurultay olmalı idi, lakin müxtəlif səbəblər göstərilərək qurultay 2014-cü ilə qədər uzadıldı. İsa Qəmbərin ikinci başqanlığı 8 il çəkdi. Arif Hacılıyla bağlı da belə bir taktika seçilə bilər” – deyə, sabiq divan üzvü əlavə edib.

Mövzuyla bağlı Musavat partiyasının başqanı Arif Hacılı da EDNews-a eksklüziv açıqlama verib. Hacılı partiya nizamnaməsinin dəyişməyəcəyini bildirib.

Arif Hacılı Gültəkin Hacıbəyliyə hücumu niyə bəyəndi? - FOTO » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı

“Musavat partiyası nizamnaməsində başqanın iki dəfədən artıq seçilə bilməməsi ilə bağlı müddəa bizim fəxr etdiyimiz və demokratik idarəçiliyə yardım edən bir prinsipdir. Bu müddəanın dəyişdirilməsi ilə bağlı partiya daxilində heç bir müzakirə getmir, bunun üçün heç bir əsas yoxdur. Bu o deməkdir ki, mənim üçüncü müddətə Musavat partiyasına başqan seçilməyim mümkünsüzdür” – deyə, A.Hacılı bildirib.

Nicat İsmayılov

Xocalıya köç başlayır: Evlərin təhvilvermə prosesinin vaxtı AÇIQLANDI – VİDEO

Xəbər xətti

Etirazçılar Ermənistan-Gürcüstan yolunu BAĞLADILAR
06:12 14.05.2024
Yeni Kaledoniyada polislə nümayişçilər arasında toqquşmalar olub
05:28 14.05.2024
Sumqayıtda evdə körpə meyiti aşkarlanıb
04:51 14.05.2024
Vuçiç: Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq
03:33 14.05.2024
Kilian Mbappe PSJ prezidenti ilə dava edib
02:24 14.05.2024
Quterreş Qəzza zolağında BMT-yə məxsus avtomobilə hücumun araşdırılmasına çağırıb - YENİLƏNİB
01:00 14.05.2024
Kobaxidze Tbilisidəki etirazçıları qanunu pozmaqdan və zorakılıqdan çəkinməyə çağırıb
00:10 14.05.2024
Stoltenberq: “Ukrayna məğlub olarsa, onu bərpa etməyin mənası olmayacaq”
23:57 13.05.2024
Zelenski Xarici Kəşfiyyat Xidməti rəhbərinin birinci müavinini İŞDƏN ÇIXARDI
23:39 13.05.2024
Sinqapurun Baş naziri istefa ərizəsini prezidentə təqdim edib
23:23 13.05.2024
Antalyada meşədə yanğın başlayıb
23:00 13.05.2024
Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA
22:50 13.05.2024
Azərbaycan və Ukrayna XİN rəhbərləri strateji tərəfdaşlıq münasibətlərini müzakirə edib
22:46 13.05.2024
Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib
22:40 13.05.2024
Paşinyan Kopenhagen Demokratiya Sammitində iştirak etmək üçün Danimarkaya gedib
22:22 13.05.2024
Polşa öz vətəndaşlarını Gürcüstanda etiraz aksiyalarında iştirakdan çəkinməyə çağırıb
22:00 13.05.2024
BMT-nin iki əməkdaşı "Rəfah" keçid məntəqəsi yaxınlığında yaralanıb
21:42 13.05.2024
Ərdoğan yunan Baş nazirlə birgə brifinqdə: Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir
21:21 13.05.2024
Avropalı parlamentari Qərbi azərbaycanlıların yaşadıqları bəlaları tarixi faciə adlandırıb
21:00 13.05.2024
Aİ Moldovadan gələn mallara rüsum və kvotaların dayandırılmasını bir il müddətinə uzadıb
20:40 13.05.2024
Berlində Azərbaycanlı Mühəndislərin Avropa Forumu təşkil olunacaq
20:20 13.05.2024
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
“Müasir dünyada bəzi qurumlar istədiklərini edirlər” – İspan fotoqraf
20:00 13.05.2024
“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında
19:51 13.05.2024
Yan Borq: ATƏT Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləməyə hazırdır
19:30 13.05.2024
Azərbaycana idxal olunan avtonəqliyyat vasitələrinə “Avro-5”in tətbiqi araşdırılır
19:15 13.05.2024
İspan foto-jurnalist Fransanın Ruandadakı soyqrımından danışdı - VİDEO
19:00 13.05.2024
Sabahdan bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılacaq
18:50 13.05.2024
COP28-in Baş danışıqçısı şəffaflıq hesabatlarının vaxtında təqdim edilməsinə çağırır
18:39 13.05.2024
Prezident İlham Əliyev: Kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur
18:19 13.05.2024
İlham Əliyev Tuvalunun general-qubernatorunu, Tonqanın Baş nazirini və Baham Adaları Birliyinin xarici işlər nazirini qəbul edib
18:16 13.05.2024
Əli Əsədov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti ilə görüşüb
18:09 13.05.2024
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
BAMF-ın prezidenti İspan jurnalistə Qarabağ həqiqətlərindən danışdı - VİDEO
18:00 13.05.2024
Şahdağa qar yağır - FAKTİKİ HAVA
17:53 13.05.2024
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür İTKİNDİR
17:44 13.05.2024
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
“İnsan bütün bunları gördükdən sonra…” – İspan fotoqraf -VİDEO
17:30 13.05.2024
Bu ixtisasların məzunları da müəllim ola biləcək – SİYAHI
17:15 13.05.2024
İspaniyalı foto-jurnalist: Qarabağda gördüyüm mina təhlükəsi məni dəhşətə gətirdi - VIDEO
17:00 13.05.2024
Xocalıya da köç başlayır - Rəsmi
16:55 13.05.2024
Bəzi bölgələrə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:49 13.05.2024
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
“Böyük şirkətlər nə istəyirsə onu edir” – İspan fotoqraf - VİDEO
16:32 13.05.2024
Hamısı