Yanvarın 23-də Ettelaat idarəsinə çağrılan Güney azərbaycanlı milli-mədəni fəalın indi harada saxlanıldığı bilinmir və ailə üzvləri onun barəsində heç bir məlumat əldə edə bilmirlər.
“Azad İran”ın “Telegram” kanalı xəbər verir ki, Məhəmməd Eyninin yaxınlarının Rəşt şəhər Ettelaat idarəsi, polis bölməsi və məhkəmə orqanlarına müraciətlərinə təhqiramiz şəkildə cavab verilib, onlar hədələnib.
Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni digər fəallar İbrahim Gənci və Vədud Əsədi ilə birlikdə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə tutulmuşdu.
Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “hakimiyyət əleyhinə təbliğat fəaliyyəti” ittihamı ilə mühakimə olunmuşdular.