Xankəndində azərbaycanlıların başına açılan oyunlar, qurulan məkrli, qanlı PLANLAR DANIŞIR XANKƏNDİ ŞAHİDİ

Siyasət 12:03 19.02.2022

1988-ci ilin fevralın ortalarında Azərbaycan SSRİ-nin tərkib hissəsi olan Dağlıq Qarabağda və Ermənistanda geniş-miqyaslı nümayişlər baş verdi. Daşnaksyutun partiyası və xaricdən erməni lobbisi tərəfindən idarə olunan gizli təşkilatlar tərəfindən təşkil olunan bu nümayişlər Qarabağ məsələsi ilə bağlı idi. Həmin dövrdə erməni millətçiləri və ziyalıları Sovet rəhbərliyindən Dağlıq Qarabağı Ermənistana birləşdirilməsini tələb edirdilər.

Erməni millətçiləri Dağlıq Qarabağı ələ keçirmək haqqında məkrli planları uzun illər planlayırdılar. 1980-ci illərin sonlarından isə görülən tədbirlər daha aktiv fazaya keçdi. Lakin erməni separatçıları bu işləri çox məxfi şəkildə yürüdürdülər. Onlar məzarlıqlarda qazılan boş qəbirlərdə xüsusi olaraq silah toplayır və gizli toplantılar təşkil edirilər. Hadisələrin mərkəzində isə azad formada silah-sursat toplayan ermənilər və əllərindən ov tüfəngləri və iti bıçaqları belə yığılan əliyalın azərbaycanlılar dururdu. Bütün bu hadisələr isə Qarabağ klanının əsas simalarından olan Ermənistanın eks prezidentləri Serj Sarkisyan və Robert Köçəryan dururdu.

Azərbaycanlılara qarşı amansızlıqlar isə “ASALA” və “Daşnaksyutun” terrorçuları tərəfindən həyata keçirilirdi. İlk vaxtlar yerli ermənilərin bəziləri illərlə birgə yaşadıqları azərbaycanlılara qarşı düşmənçilik etmək istəmirdilər. Belə olduqda isə onlar “Daşnaksyutun” tərəfindən təhdidlərə üzləşirdilər, döyülüb, qadınları təcavüzə uğrayırdılar. Beləliklə, bu “səy”ləri nəticəsində Qarabağ klanı tezliklə bütün Qarabağ ermənilərini azərbaycanlılara qarşı düşmən mövqedə çıxış etməsinə nail olurlar. Bunun nəticəsində 1988-ci ildən isə onlar çəkinmədən Azərbaycan torpağında azərbaycanlıları Xankəndindən çıxarmaq üçün açıq-aşkar etiraz aksiyaları keçirməyə başladılar.

Nümayişlərə rəhbərlik edənlər arasında Xankəndi Pedaqoji İnstututunda dərs deyən erməni ziyalıları üstünlük təşkil edirdi. Həmin dövrdə Pedaqoji İnstitutda təhsil alan və əslən Şuşalı olan Ramiz Oğuz bu hadisələrə canlı şahidi olan azərbaycanlardan biridir.

Azərbaycan və erməni xalqı arasında nifaq toxumunun səpilməsində əsas rol oynayan “Krunq” təşkilatı olduğunu deyən Ramiz Oğuz Ednews-a açıqlamasında vaxtı ilə azərbaycan xalqına dost görünən erməni ziyalılarının nümayişlərin əsas təşkilatçıları olduğunu bildirib.

“Nümayişlərin keçirilməsi ilə bağlı tədbirlər Xankəndi Pedaqoji İnstitutunda müzakirə olunurdu. Erməni ziyalıları –Sokrat Xanyan, Ararat Qriqoryan, Karen Ağacanyan və digərləri bu məsələdə aktiv fəaliyyət göstərirdilər. Vaxti ilə Azərbaycan şairi Molla Pənah Vaqifə erməni dillində şeir vəsf eləyən Sokrat Xanyan Azərbaycan xalqına qarşı düşmən mövqeyində çıxışlar edirdi. Azərbaycan dili və Ədəbiyyatı üzrə elmi dərəcə alan Qriqonyan erməni millətçiliyin alovlanmasında silahdaşlarından heç də fərqlənmirdi”.

O zamanlar Xankəndi Pedaqoji İnstitutunun rektoru Serj Sarkisyanın olduğunu bildirən Ramiz Oğuzun deyir ki, erməni ziyalıları qəsdən erməni və azərbaycanlı tələbələr arasında düşmənçilik salırdılar.

“Yadımdadır ki, institut binasının önündə nümayişçilər aksiya keçirirdilər və bizlərə qarşı psixoloji təsir göstərirdilər. İnstitutun önünə geniş kütlənin yığıldığını görəndə, artıq vəziyyətin ciddi olduğunu anladıq. Belə olan halda ilk növbədə qızları binadan çıxardıq, sonra qızlı-oğlanlı avtobuslara minib Şuşaya yollandıq. İnstitutun son ilini Şuşada bitirib məzun olduq”.

Ramiz Oğuz Qarabağda gizli fəaliyyət göstərən Daşnaksyutun partiyasının və Ermənistandan gələn emissarların Xankəndində ermənilər arasında Azərbaycan dövlətinə və xalqına qarşı təbliğat aparırdığını da qeyd edib.

“Nümayişlər qızışdıqdan sonra erməni tələbə və müəllimlərin bizə qarşı münasibətləri daha da kəskinləşdi. Pedaqoji İnstitutun erməni və rus bölməsində oxuyan erməni tələbələr Daşnaklara qoşularaq, milli və dini düşmənçiliyi alovlandırırdılar. Onlar da xalqımıza qarşı təxribatlar törədirdilər”.

Sonda Ramiz Oğuz Şuşa ictimaiyyətinin Xankəndində baş verən proseslərə münasibətini də dilə gətirib.

“Xankəndində ermənilərin nümayişlərinə qarşı Şuşada çox güclü reaksiya verildi. Şəhərdə ziyalılarımız cammat ilə birlikdə tədbirlər və mintiqlər təşkil edirdi. Bununla bərabər, Şuşa ictimaiyyəti Azərbaycan SSR rəhbərliyinə və Kremlə məktublarla müraciət edirdilər. Onlar ümid edirdilər ki, Moskva bütün bu olanların qarşısını alacaq. Əfsuslar olsun ki, mərkəz Xankəndi hadisələri barədə heç bir müsbət tədbir görmədi. Bu da hər iki xalq arasında qanlı qarşıdurmalara gətirib çıxardı”.

Yunis Abdullayev 

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
16:00 19.05.2024
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:40 19.05.2024
Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib
15:20 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
15:00 19.05.2024
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
"Yuventus"un müvəqqəti baş məşqçisi bəlli olub
14:40 19.05.2024
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
14:20 19.05.2024
Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
14:00 19.05.2024
Prezident: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir
13:50 19.05.2024
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib
13:40 19.05.2024
İlham Əliyev: İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir
13:20 19.05.2024
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
13:00 19.05.2024
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
12:40 19.05.2024
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
12:20 19.05.2024
Kralın sərvəti Kraliça Elizabeti keçdi
Kralın sərvəti Kraliça Elizabeti keçdi
12:00 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
11:20 19.05.2024
Qırğızıstanın Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
11:00 19.05.2024
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
Çin kəşfiyyatı kosmos sektorunda bir neçə casusluq faktı aşkarlayıb
10:40 19.05.2024
Almaniya Müdafiə Nazirliyi Ukraynaya yardım üçün 3,8 milyard avro istəyib
10:20 19.05.2024
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
ABŞ və Argentina ikitərəfli əməkdaşlığı genişləndirir
10:00 19.05.2024
Lavrov Avropanı bir nəsil üçün “SİLDİ”: “Tərəfdaş kimi aktual olmayacaq”
09:40 19.05.2024
Putin Tokayevə Çin səfəri ilə bağlı təəssüratlarını bölüşüb
09:20 19.05.2024
İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Hamısı