“Sülhməramlıların nəzarətində olan ərazilərdə insan hüquqlarının vəziyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirilirmi?”
Ednews xəbər verir ki, bu sualı millət vəkili Nigar Arpadarai Milli Məclisdə çıxışı zamanı ombudsmana ünvanlayıb.
Deputat sözügedən sualı vermə səbəbini bu cür izah edib:
“Bu sualı verməyimin səbəbi ondan ibarətdir ki, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə cinayətkarların olduğu məlumdur. Arayik Arutyunyan da onlardan biridir. Onların fəaliyyəti nəticəsində həm bölgə yaxınlığında məskunlaşmış Azərbaycan vətəndaşlarına, həm də regionda yaşayan erməni vətəndaşlarımızın həyatına təhdidlər yaradır”.
Vüsalə Balayeva