Ceyhun Bayramovdan Azərbaycanın erməni əsilli vətəndaşları ilə bağlı mühüm açıqlama - ednews.net

27 May, Cümə

(+994 50) 229-39-11

Ceyhun Bayramovdan Azərbaycanın erməni əsilli vətəndaşları ilə bağlı mühüm açıqlama

Siyasət A- A A+
“Müharibə bitən kimi Azərbaycan azad olunmuş ərazilərdə böyük miqyaslı tikinti, yenidənqurma işlərinə başlayıb”. 
 
Ednews xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada Azərbaycan-BMT münasibətlərinin 30 illiyinə həsr olunmuş toplantıda deyib. 
 
Onun sözlərinə görə, işğal dövründə yerlə yeksan edilmiş bu ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına geri qayıtması, bu ərazilərdə Azərbaycanın erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi və digər sahələrdə inteqrasiyası və bərabərhüquqlu vətəndaş olması əsas prioritetlərindəndir. 
 
“Azad olunmuş torpaqlarda reabilitasiyaya maneə olan əsas məqam bu ərazilərin minalarla çirkləndirilməsidir.
 
Bu, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasına və sürətli yenidənqurmaya əngəl törədir. BMT institutlarının təmsilçilərinin bu regionlara səfəri və baş verənləri öz gözləri ilə görməsi yaxşıdır. Ümid edirik ki, bu missiyalar öz hesabatlarında gördüklərini əhatəli şəkildə təqdim edəcəklər və konkret təkliflər verəcəklər. Təbii ki, bu hesabatlarda Azərbaycan Hökumətinin qısa zamanda gördüyü işlər də kənarda qalmamalıdır”, - nazir vurğulayıb. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...