“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır”.
Ednews xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O, dünyada və regionda vəziyyətin gərgin olduğunu qeyd edib: “Biz də bu gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırıq. Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”.
Baş nazir söyləyib ki, iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir.