İsa Əli oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilib.
Ednews xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Ölkə başçısı həmçinin İkram Heydər oğlu Kərimovu da “Şöhrət” ordeni ilə təltif edib.
O, Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.