Azərbaycan səfiri "Türk Ocaqları"nın heyətini qəbul etdi - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Azərbaycan səfiri "Türk Ocaqları"nın heyətini qəbul etdi

Siyasət A- A A+
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Türk Ocaqları” cəmiyyəti Ankara şöbəsinin rəhbəri Türkan Hacaloğlunun rəhbərlik etdiyi heyəti qəbul edib.
 
Ednews xəbər verir ki, bu barədə məlumat Azərbaycanın Türkiyədəki səfirliyinin tviter səhifəsində yer alıb.
 
Bildirilib ki, görüşdə işğaldan azad edilən Qarabağda görülən fəaliyyətlər haqqında məlumat verilib, “Türk Ocaqları” ilə ortaq tədbirlərin təşkili mövzusunda fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, “Türk Ocaqları” türkçülük ideyası ətrafında yaradılmış, kökü 1912-ci ilə söykənən təşkilatdır. Həmin ildə qurulan cəmiyyət öz fəaliyyəti bir sıra siyasi səbəblərdən dolayı 1931-ci ildə bağlansa da, 1949-cu ildə fəaliyyətini bərpa edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...