"Azərbaycan regionda real güc sahibidir" Millət vəkili Məzahir Əfəndiyev

Siyasət 15:02 09.04.2022
"2020-ci il İkinci Qarabağ – Vətən Müharibəsindən sonra bir ildən artıq müddət ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə Böyük Sülh Sazişinin imzalanmasını, habelə regionda yeni quruculuq dövrünün başlanmasının vaxtı olduğunu ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə mövqe kimi nümayiş etdirib".
 
Ednews xəbər verir ki, bu sözləri Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib. 
 
Millət vəkilinin sözlərinə görə, eyni zamanda postmüharibə çağırışlarını da nəzərə alaraq Azərbaycanın çoxvektorlu xarici siyasətində ölkəmizin sülh və ədalət prinsiplərinin dönməz olduğu bir daha xarakterizə olunur: "Bu prosesə şəxsən Prezident İlham Əliyevin rəhbərliyi baş tutan bütün görüşlərin əhəmiyyətini daha da artırır. 
 
Cənab Prezidentin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format yarandı. 26 noyabr 2021-ci il tarixindəki Soçi görüşündən sonra 14-15 dekabr 2021-ci il tarixlərində Cənab Prezidentin Avropa İttifaqı tərəfindən təklif və təşkil olunan Brüssel səfəri çərçivəsində ilk üçtərəfli görüşü, habelə 06 aprel 2022-ci il tarixli səfəri ilə Brüssel sülh gündəliyinin əsası qoyuldu". 
 
Deputat qeyd edib ki, görüşdən bir gün öncə Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəngi bu görüşün doğrudan da diqqət mərkəzində olduğunu sübut etdi. 
 
"4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılması, bu istiqamətdə işçi qrupunun yaradılması, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif, müzakirə olunan digər məsələlər ölkəmizin ərazi bütövlüyünün, eyni zamanda regionda sülh və əmin-amanlığın tam təmin olunmasına hesablanmışdır.
 
Həmçinin görüşün yekununa dair səslənən bəyanatda Avropa İttifaqı tərəfindən işğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində ölkəmizə dəstək göstərilməsi kimi məqamların yer alması da təqdirəlayiqdir".
 
M. Əfəndiyev həmçinin bildirib ki, baş verən bu proseslər artıq Avropa İttifaqının əldə etdiyimiz tarixi Qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul etməsinin əyani sübutudur: "Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır. 
 
Şarl Mişelin Prezident İlham Əliyevlə yaxın təmasları, ümmumiyyətlə son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuz sahibi olduğunun, eyni zamanda Azərbaycanın Cənubi Qafqazda sülhün bərqərar olmasında əsas faktor olduğunun göstəricisidir".
 
O qeyd edib ki, həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın bütün bəndlərinin tam icrasını da bir daha vacib edir. 
 
"Postmüharibə mərhələsinin başlanğıcında Azərbaycanın xarici siyasəti və diplomatiyasında demək olar ki, bütün dövlət maraqlarının nəzərə alınması Prezident İlham Əliyevin əldə etdiyi növbəti qələbədir.
 
Cənab Prezidentin danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi, ölkəmizin beynəlxalq hüquqa söykənmiş sülh müqaviləsinə dair şərtləri artıq Azərbaycanın regionda real güc sahibi olduğunu deməyə əsas verir".
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Hamısı