İlham Əliyev üç ölkənin yeni səfirinin etimadnaməsini qəbul etdi YENİLƏNİB-2

Siyasət 14:16 19.04.2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.
 
Ednews xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı Azərbaycanla Misir arasında siyasi və mədəni sahələrdə sıx əlaqələrin mövcud olduğunu vurğulayaraq beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı dəstəyini qeyd edib.
 
Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi və sədrlik müddətinin uzadılması ilə bağlı Misirin dəstəyini yüksək qiymətləndirib.
 
Dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlığımızı qeyd etdi və ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı zamanı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələrə verdiyi davamlı dəstəyə görə də Misirə minnətdarlığını bildirib. Prezident İlham Əliyev bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının nazirlər səviyyəsində görüşündə Azərbaycanın mədəni irsi və ərazi bütövlüyünün bərpası ilə bağlı qətnamələrin qəbul olunmasında təşkilatın güclü dəstəyini xüsusi olaraq vurğulayıb.
 
Dövlət başçısı Azərbaycanın da öz növbəsində Misiri beynəlxalq arenada dəstəklədiyini bildirib. İqtisadi əlaqələrə toxunan Prezident İlham Əliyev bu sahədə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının zəruriliyini qeyd edib. Dövlət başçısı vurğulayıb ki, biznes dairələri arasında qarşılıqlı səfərlərin təşkili bu işə öz töhfəsini verə bilər. Prezident İlham Əliyev deyib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-yenidənqurma işlərində Misir şirkətlərinin iştirakından məmnun olar və bu əməkdaşlımızın yaxşı nümunəsi ola bilər. Dövlət başçısı qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə böyük həcmdə görüləsi işlər var və ermənilər tərəfindən 10 min kvadratkilometrdən çox sahəsi olan dağıdılmış ərazilərdə hazırda yenidənqurma və bərpa işləri aparılır.
 
Prezident İlham Əliyev, eyni zamanda, digər sahələrdə də əlaqələrimizin inkişafı üçün yaxşı perspektvilərin olduğunu bildirib. Dövlət başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb. Xoş sözlərə görə minnətdarlığını bildirən səfir ölkəsinin əlaqələrimizin inkişaf etdirilməsi istiqamətində fəaliyyətdə maraqlı olduğunu vurğulayıb. Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyanın bu ilin fevralında keçirilmiş iclasının əhəmiyyəti vurğulanıb.  
 
 
 
 
*13:27
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.
 
Ednews xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayaraq Kuba Prezidentinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərini və onunla görüşünü məmnunluqla xatırladıb, görüş zamanı əlaqələrimizin geniş gündəliyi ilə bağlı məhsuldar danışıqların aparıldığını bildirib.
 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanla Kubanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT və Qoşulmama Hərəkatında əməkdaşlığı ölkələrimizin bir-birini həmişə dəstəkləməsinin yaxşı nümunəsidir.
 
Dövlət başçısı iqtisadi, mədəni, tibb, idman və digər sahələrdə ikitərəfli münasibətlərimizin inkişafı üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb və ənənəvi sahələrdən başqa, yeni sahələrin, investisiya imkanlarının müəyyənləşdirilməsinin də önəmini qeyd edib.
 
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb. Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Enrike Valdes de la Konsepsyon, ilk növbədə, Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesin salamlarını dövlət başçısına çatdırıb. Səfir qeyd edib ki, Kuba Prezidenti dövlətimizin başçısı ilə Bakıda keçirdiyi görüşü və Azərbaycan Prezidentinin sədrliyi ilə Qoşulmama Hərəkatının Bakı sammitini məmnunluqla xatırlayır.
 
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Kuba Prezidentinə çatdırmağı xahiş edib. Səfir ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrə əsaslanaraq iqtisadi, turizm və digər sahələrdə əməkdaşlığın genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.  
 
 
*12:08
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Karlos Enrike Valdes de la Konsepsyonun etimadnaməsini qəbul edib.
 
Ednews xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidin etimadnaməsini qəbul edib.
 
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 19-da Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşinin etimadnaməsini qəbul edib.
Gürcüstan etirazları, Sülh perspektivləri və COP29-un Qlobal əhəmiyyəti - Keçmiş ABŞ səfiri ilə MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
Azərbaycan-Rusiya Sumqayıtda ortaq biznes yaradacaq
17:29 17.05.2024
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri AÇIQLANDI
17:23 17.05.2024
Bakıda külək güclənib – FAKTİKİ HAVA
17:20 17.05.2024
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
Vaşinqtonda azərbaycanlı zərgər dizaynerin sərgisi keçirilib - FOTOLAR
17:17 17.05.2024
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
"Rusiyanın hazırki planında Xarkov yoxdur" - Rusiya prezidenti
17:15 17.05.2024
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
Zelenski məhbusların səfərbərliyə cəlb olunmasına dair qanunu İMZALADI
17:00 17.05.2024
DİQQƏT: Müəllim olmaq istəyənlərin sənəd qəbulunun vaxtı 5 gün sonra BİTİR
16:55 17.05.2024
Hamısı