ABŞ səfiri azərbaycanlı tələbələrə çağırış etdi - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

ABŞ səfiri azərbaycanlı tələbələrə çağırış etdi

Siyasət A- A A+
“30 ildir ki, biz Azərbaycan hökuməti və xalqı ilə qanunun aliliyi, insan haqları, iqtisadiyyat, enerji və təhlükəsizliklə bağlı məsələlərdə işləmişik. Azərbaycanın dostu kimi Birləşmiş Ştatlar sülhə nail olmaq və bütün regionun çiçəklənməsinə kömək etmək üçün iqtisadi, nəqliyyat və insanlar arasında əlaqələrin qurulmasına kömək etməyə hazırdır”. 
 
Ednews xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə əlaqədar keçirilən Açıq Qapı günündə tələbələr qarşısında çıxış edərkən deyib. 
 
Səfir azərbaycanlı tələbələrə səslənərək deyib:
 
“Səfirlikdə çalışan hər kəsin adından sizə karyeranız və həyatınız üçün ən yaxşısını arzulayırıq və ümid edirik ki, gələcəkdə Amerika Birləşmiş Ştatlarında təhsil alacaqsınız və ya səfər edəcəksiniz, ya da hətta ABŞ səfirliyi komandasına qoşulacaqsınız. Bilirəm ki, siz Azərbaycanın gələcəyində çox mühüm rol oynayacaqsınız”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...