"Beynəlxaq təşkilatlar tərəfindən dəstəklənən sülh təşəbbüslərimiz regional inkişaf üçün imkanlar yarada bilər. Bu təkcə Ermənistan və Azərbaycana yox, bütün Cənubi Qafqaza faydalıdır. Təəsssüf ki, erməni sepratçılığı və Ermənistanın təcavüzünə, biz bu imkanları itirdik, Cənubi Qafqaz normal inteqrasiya oluna bilmədi".
Ednews xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidenti İlhal Əliyev Cənubi Qafqaz İnkişaf və Əməkdaşlıq adlı beynəlxalq konfransda bildirib.
"Azərbaycan və Gürcüstan arasında ikitərəfli və beynəlxalq səviyyəli əməkdaşlıq qurulub. Hesab edirəm ki, Ermənistanda insanlar başa düşməlidir ki, onlar izolasiya şəraitində yaşamağı davam etdirə bilməzlər. Onların bizimlə əlaqə qurmağa ehtiyacı var, onların Azərbaycan və Türkiyə qarşı ərazi iddialarından əl çəkməlidirlər. Azərbaycan tərəfindən müxtəlif səviyyələrdə üçütərəfli görüşlərin keçirilməsi ilə bağlı bəzi təklif verib".
"Biz baş nazirlər səviyyəsində üçtərəfli görüş təklif edəndə Ermənistan imtina etdi, ekspertlər səviyyəsində görüşlər təklif edən Ermənistan imtina etdi, vətəndaş cəmiyyətləri səviyyəsində görüşlər təklif olunan da Ermənistan yenə də imtina etdi. Ermənistanın bu addımı məntiqə uyğun deyil",- deyə Prezident əlavə edib.