Heydər Əliyevin müsahibəsinə görə qəzeti bağladılar, AMMA...

Siyasət 14:29 09.05.2022
Bu müsahbəyə görə Mərkəzi Komitədən kim zəng vurub Əmir Mustafayevi hədələmişdi?
 
...1990-cı ilin avqust ayı idi. Görkəmli dövlət xadimi Heydər Əliyev rus qoşunlarının Bakıda törətdiyi 20 yanvar qırğınına görə Moskvadakı məlum etirazlı çıxışından sonra Naxçıvana qayıtmışdı. Əbdürrəhman Vəzirev istefa verib Moskvaya getmiş, Ayaz Mütəllib hakimiyyətə gəlmişdi.
 
 Mən o vaxtkı Neft və Kimya Sənayesi Nazirliyinin çoxtirajlı qəzetlərinin birində (rus və Azərbaycan dilində) –“Böyük kimya uğrunda” qəzetinin baş redaktoru vəzifəsində çalışırdım. Və həmin ilin iyununda tanınmış yazıçı Əmir Mustafayevin dəvəti ilə təzə təsis edilmiş “Respublika” qəzetində müxbir kimi fəaliyyətə başlamışdım. Qəzet Azərbaycan Nazirlər Sovetinin orqanı kimi fəaliyyət göstərirdi. 8 səhifədə və iki rəngdə nəşr olunan qəzet o dövrün (hələ SSRİ dağılmamışdı) müstəqil rəsmi mətbuat orqanı kimi ən çox oxunaqlı və populyar qəzetlərdən biri idi. Qəzetdə siyasi atmacalar, lətifələr, SSRİ əleyhinə yazılar və s. dərc olunurdu. Ən maraqlısı, o dövrdə siyasi hakimiyyətin iradəsinin ziddinə gedərək Heydər Əliyevlə bağlı nəsə dərc etmək rəsmi KİV üçün böyük risq və sensasion addım idi. Amma biz bunu edirdik. Təbii ki, qəzet Nazirlər Sovetinin orqanı olduğundan Nazirlər Sovetinin sədri Həsən Həsənovun razılığı olmasaydı bu mümkünsüz idi. Baş redaktor Əhməd İsayev isə H.Həsənovla yaxın dost idi. Amma əsas yük baş redaktorun müavini Əmir Mustafayevin üzərində idi. Qəzetə isə tamamilə yeni və müstəqil düşüncəli yazarlar işə götürülmüşdü. Hamının yaxşı tanıdığı Zöhrab Əmirxanlı, Surxay Hüseynli (hər ikisi sonralar “Azadlıq” qəzetində çalışdılar), hazırda “Azərbaycan” qəzetində işləyən Rəhman Salmanlı, Mübariz bəy (Sonralar Hazirlər Kabinetində çöbə müdiri oldu) və bu sətirlərin müəllifi...
 
***
...Biz bu dəfə daha bir risqli addım atmışdıq. Heydər Əliyevin “Mən insanlara inanmışdım” başlıqlı olduqca maraqlı müsahibəsini dərc etmişdik. Müsahibəni “Qobustan” Toplusunun əməkdaşı, yazıçı Azər Abdulla götürmüşdü (Müsahibə qəzetin üç sayında dərc edilmişdi). Yəni, insafla desəm, siyasi hakimiyyət bu addımımıza daha aqressiv, daha sərt yanaşsaydı, müsahibənin ikinci və ya üçüncü hissəsinin dərcinə imkan verməzdi.
 
***
Baş redaktor müavini, yazıçı Əmir Mustafayevlə hamımız dost-yoldaş münasibətində idik. Mənimlə daha yaxın və ailəvi dostluğumuz vardı... Nəsə bir qəliz məsələ olanda Surxayı, Zöhrabı, Mübarizi, Rəhmanı və məni çağırıb məsləhətləşərdik.
 
Bir gün Əmir müəllim məni kabinetinə çağırdı. Sonralar uzun illər indiki “Respublika” qəzetinin baş redaktoru olmuş, “Vətən səsi” qəzetinin təsisçisi və rəhbəri Teymur Əhmədov da otağında idi. Söhbət Heydər Əliyevin müsahibəsinin verilib-verilməməsindən gedirdi. Teymur müəllim də, mən də əvvəlcə məsləhət gördük ki, MK-nın (indiki Prezident Administrasiyası) mətbuat xidmətinin rəhbəri Osman Mirzəyevlə məsləhətləşək ki, sonra yaranacaq hansısa problemə hazır olaq. Bəzi müzakirələrdən sonra belə qərara gəlindi ki, müsahibəni 3 hissədə verək. Əgər MK narazı olsa(!), onda bəhanəmiz ardını dayandırmaq olar və davamı “Vətən səsi”ndə verilər.
 
 
 
Beləliklə, müsahibənin 1-ci hissəsi “Respublika”nın 25 avqust 1990-cı il tarixli sayında dərc olundu... Bu sensasion addım idi... Müsahibə ilə, sanki cəmiyyəti oyatmışdıq, Heydər Əliyevin adını çəkməyə ehtiyat edənlər cəsarətlənmişdilər. Təsəvvür edin, redaksiyaya minnətdarlıq zəngləri, çoxsaylı oxucu məktubları öz yerində, Xalq artistləri, siyasi xadimlər, mədəniyyət işçiləri, rəsmi adamlar... hər gün axın-axın gəlirdi. Yadımdadır ki, Xalq artisti Eldəniz Zeynalov və Siyavuş Aslan... bu müsahibəyə görə redaksiyaya məktub yazmışdılar, minnətdarlıq edirdilər. Biz o məktubdan seçmələri “Oxucu məktubları” rubrikası adı altında dərc etmişdik. Və buna görə Eldəniz Zeynalov bizi Bulvardakı “Mirvari” restoranında ziyafətə də dəvət etmişdi.
 
Nəhayət, Heydər Əliyevlə olan müsahibənin 2-ci hissəsi qəzetin 1 sentyabr 1990-cı il tarixli, 3-cü hissəsi isə 8 sentyabr 1990-cı il tarixli sayında dərc edildi (fotolarını təqdim edirəm). Bu artıq son risq idi. Biz MK-nın əsəblərinin həddini sınayırdıq. Amma sonuncu sınaqdan “çıxa bilmədik”. O mənada ki, vəziyyət gərginləşdi... Daxili telefon zəng çaldı, Əmir Mustafayevin həyəcanlı səsi məni qorxutdu. Təcili kabinetinə çağırdı. Daxil olanda rənginin ağappaq olduğunu gördüm. Məlum oldu ki, qəzetin bu günkü sayında dərc edilmiş müsahibə MK-nın əsəblərini tarıma çəkib. “Osman Mirzəyev zəng etmişdi... Çox sərt danışdı. Ehtiyatlı olun, bura gələ bilərlər...”, -deyə Əmir müəllim həyəcanla bildirdi.
 
Bir xeyli ürək-dirək verdim, dedim, axı müsahibədə daha çox SSRİ Mərkəzi Komitəsinin Siyasi Bürosundan söhbət gedir... Sən demə, MK-nı Siyasi Büronun əleyhinə yazılanlardan daha çox Heydər Əliyevin müsahibəsinin rəsmi qəzetdə dərci narahat edib: “...Mən Osman Mirzəyevə nə qədər izah etsəm də ki, Heydər Əliyev Bakıda yox, Naxçıvandadır, səhhəti də normal deyil, müalicə alır və s. O sakitləşmədi, cavabında dedi ki, siz xalqı ayıldırsınız ki, onu MK-nın kurasiyasında olan qəzet dərc edibsə, deməli, tezliklə Bakıya gəcək... Siz bununla nə demək istəyirsiniz, istəyirsiniz ki, Heydər Əliyev hakimiyyətə gəlib sizə vəzifə versin??? Bunu görməyəcəksiniz...”, -deyərək Əmir Mustafayev heç cürə özünü ələ ala bilmirdi.
 
Şükürlər olsun ki, Həsən Həsənovun sayəsində (Əmir Mustafayev sonralar belə deyirdi) bu qalmaqal çox da böyümədi, amma “Respublika” qəzetini bağladılar, guya büdcə vəsaitinə qənaət etmək adı ilə NK-nın qərarı oldu, Milli Məclisin orqanı olan “Həyat” qəzetini yaradıb işçiləri ora köçürdülərlər. Baş redaktor yazıçı Əfqan Hacıyev oldu. Bəzi işçilər işdən çıxdı... Bir müddət burada çalışdım, “Həyat”ın da adını dəyişib “Azərbaycan” qoydular. Amma bunlar tərəfimizdən atılmış bir tarixi addım idi...
 
 

*** ...Heydər Əliyevlə bağlı xatirələrin daha bir vacib məqamını deməyə bilmərəm. Bir az keçmişə qayıtmalıyam: 1990-cı ilin payızı idi. Gürcüstanın “7 gün” (7 dney”) qəzetinin baş redaktoru Aleko Aslanaşvili və fotoqrafı (adını unutdum) Bakıya gəlmişdi. Onlar Naxçıvana gedərək Heydər Əliyevdən müsahibə almaq istəyirdilər. Lakin Bakı o dövrdə siyasi hadisələrin qaynar nöqtəsi və mərkəzi idi. Hər gün mitinqlər, tətillər, İrəvandan qovulmuş soydaşlarımızın Bakıya axını... Bu hadisələrin fonunda hamı, necə deyərlər, öz başının hayında idi.

Biz “Respublika” qəzetində fəaliyyətimizi davam etdirirdik. Əmir Mustafayev bizi kabinetinə çağırdı. Gürcüstandan gəlmiş qonaqlarla tanış etdi. Dedi, onlar Naxçıvana getməlidirlər. Amma gedənə kimi Bakıda müşaiyət etmək lazımdır, onları sağ-salamat yola salaq getsinlər... Otellər faktiki olaraq əcnəbi vətəndaşlar üçün təhlükəli idi. O vaxtlar ermənilərin Bakıdan qaçıb gedən, İrəvandan isə bizim soydaşların qovulan vaxtı idi. Heç nədən onlara hücum edilə bilərdi. Mən həmin vaxt əvvəlki iş yerimdən ikiotaqlı mənzil alıb “Respublika”ya gəlmişdim. Təmirsiz olsa da, dedim, Əmir müəllim, baxıram, mehriban, səmimi insanlardır, mən onları evə apararam, təyyarə biletlərini alıb Naxçıvana yola salaram... Əmir müəllim çox sevindi.

Sonra Surxay Hüseynli, Zöhrab Əmirxanlı və mən onları nahara apardıq. Yadımdadır, Texniki Universitetlə üzbəüzdə bir restoran var idi, orda birlikdə nahar etdik, daha yaxından tanış olduq. Vədələşib axşam üstü “Azərbaycan” nəşriyyatında görüşüb 8 KM-dəki evimizə yola düşdük. Onda evdə 3 yaşında körpə oğlum var idi. Bunu taksidə yol gedərkən söhbət əsnasında bildilər. Evə çatana yaxın Aleko Aslanaşvili dedi ki, burada dükan harda var? Dedim, neynirsən, bildirdi ki, siqaret almaq istəyir. Mən onun nə etmək istədiyini anladım: Dedim, zarafat eləmə, əvvəla sən gün boyu bizimlə idin, siqaret çəkdiyini görmədim... İkincisi, evdə hər şey var-tut arağı, çaxır, quzu əti...

Güldü, amma inadkarlıq etdi. Dükana girib uşaq üçün nəsə şirniyyat almışdı. Yəni, Qafqaz qonaqpərvərliyini göstərdi.

Biz gecə saat 3-dək söhbətləşdik, Heydər Əliyevə hansı suallarla müraciət etmək istədiklərini danışdılar, mən də bəzi məqamları başa saldım... O qədər səmimi münasibətimiz alındı ki, hətta 3 yaşlı oğlumla Azərbaycan dilində “Motal-motal, dərzi motal...” deyişməsini təkrarlayaraq o ki var əyləndilər... (Sonralar Aleko Aslanaşvili Tiflisdən zəng edəndə ilk olaraq “Motal, motal, dərzi motal...” necədir?” deyə soruşub gülərdi).

Səhər açıldı... Qonaqları aeroportdan Naxçıvana yola saldım... Onlar Heydər Əliyevlə görüşüb geniş müsahibə almışdılar. Həmin müsahibə “Gürcüstan” qəzetində də dərc edildi, tərcüməsini isə yenidən biz də “Respublika”da yayımladıq.

Gəlirəm mətləbə: Naxçıvan, 1990-cı il, gürcü jurnalistlər Heydər Əliyevlə görüşüb müsahibə alırlar... Bakı, 2001-ci il. Milli Mətbuat Günündə “Moskva” mehmanxanasının restoranında (İndi yerində “Alov qüllələri”dir) jurnalistlərlə görüşdür. Heydər Əliyev zala daxil olanda jurnalistlər onu əhatəyə aldılar. Mən Prezidentlə üz-üzə dayanmışdım. O vaxt təhsil naziri Misir Mərdanovla bağlı “Təzadlar” qəzetindəki tənqidi yazıya görə Bakının 300-dən çox məktəb direktoru bizi Yasamal rayon Məhkəməsinə vermişdilər, 1 milyard 700 milyon manatlıq iddia tələbi var idi (o vaxtkı pul vahidi ilə). Məqsədim bu problemi qaldırmaq, kömək istəmək idi (Buna qədər isə rəhbəri olduğum “Təzadlar” qəzetində dərc edilmiş bəzi yazılara və şeirlərə görə H.Əliyevin Bəxtiyar Vahabzadə ilə söhbəti olmuşdu. Bu isə başqa söhbətin mövzusudur).

H.Əliyev problemsiz jurnalistlərlə söhbətini tamamlayan kimi mən fürsəti əldən vermədən “Cənab Prezident!”, -deyərək söz almaq istədim. Bu vaxt Heydər Əliyev əli ilə mənə işarə edib “Sən hələ gözlə!”, - dedi. Açığı, ürəyimdə çox götür-qoy etdim ki, artıq bizim üçün məsələ bitib, çəkilim kənara... Sonra “Azadlıq”, “Yeni Müsavat” və digər bir neçə qəzetlə də bağlı problemləri dinlədi... Yenə arada fasilə yaranan kimi müraciət edib söz almağa çalışdım, amma H.Əliyev bu dəfə əli ilə “Gözlə!” işarəsi edərək məni lap sona saxladı.

Nəhayət, “Femida” qəzetinin baş redaktoru Əyyub Kərimovla ikimiz qaldıq...

Prezidentin Əyyub Kərimovla söhbəti çox əsəbi keçdi... Mənim canımı qorxu aldı ki, məni sona saxlayıbsa, deməli, vəziyyət acınacaqlıdır... Hətta qarşı tərəfdə dayanmış Prezident Mühafizəsinin rəhbəri Vaqif Axundov narahatlığımı görüb təbəssümlə işarə etdi ki, səbrli ol... Axır ki, növbə mənə çatdı. Prezidentin media üzrə köməkçisi Əli Həsənov məni təqdim etmək istəyəndə Heydər Əliyev təqdim etməyə qoymadı və özü söhbətə başladı:

-Eşidirəm...

Elə bil Allah mənə güc verdi, başladım problemimizi təmkinlə danışmağa...

Prezidentlə aramızda belə bir dialoq oldu:

-Cavan oğlan, mən sizin qəzeti həmişə oxuyuram, həmişə də əleyhimizə yazırsınız...

-Cənab Prezident, biz heç vaxt Sizin əleyhinizə yazmamışıq, amma bəzi məmurları tənqid etmişik. Çünki Siz həmişə çıxışlarınızda deyirsiniz ki, məmurların nöqsanlarından yazın, mən də Prezident olaraq ölçü götürüm. Biz də Sizin o sözünüzə arxalanaraq tənqid yazırıq...

-Yox, sizin yazılarınızda bəzən qərəzli faktlara da rast gəlirik...

Bu dəfə elə bil Allah yadıma gürcü jurnalistlərin Naxçıvana yola düşməyini saldı:

-Cənab Prezident, biz Sizə qarşı qərəzli olsaydıq, məsələn, 1990-cı ildə Siz Naxçıvanda olanda...

-Sən onda nə etmişdin ki?! -deyərək gülümsədi...

Prezidentin üzündəki bu təbəssümü görəndə bir az da ürəkləndim:

-Cənab Prezident, gürcü jurnalistlər Sizinlə görüşüb müsahibə almaq istəyirdi, mən onları evimdə qonaq saxladım, təyyarə biletini aldım və Naxçıvana yola saldım...

Əmir Mustafayev burdadır, təsdiq edə bilər...

Yəni, Sizə qarşı qərəzli olsaydıq, mən o vaxt bunu etməzdim...

Heydər Əliyev özünəməxsus müdrik görkəmi ilə gülümsədi:

-Yaxşı, sən o Aleko Aslanaşvilini deyirsən? Təsəvvür edin, 11 il əvvəl görüşdüyü jurnalistin adını xatırladı, bəlkə də mən unutmuşdum:

-Bəli, Aleko Aslanaşvili...

Gözəl bir müsahibə də yazmışdı...

-Sən “Qafqaz pələnginin qolları hələ də bükülməzdir” müsahibəsinimi deyirsən???

Mən çaşıb qaldım:

İlahi, Prezident 11 il əvvəl verdiyi yüzlərlə müsahibədən birinin sərlövhəsini də xatırlayır:

-Bəli, cənab prezident...

Heydər Əliyev gülə-gülə:

-Yaxşı, o müsahibəni sən yazmışdın?

-Yox, yazılmasına dəstək vermişdim...

-İndi de görüm, mənim sənə borcum nə qədərdir???

- deyərək Heydər Əliyev bərkdən gülməyə başladı...

Təsəvvür edin, bayaqdan rəsmi duruşu ilə səsi çıxmayan ətrafdakıların hamısı gülməkdən özünü saxlaya bilmədi...

Beləliklə, artıq özümdə idim və problemimizi dedim. Heydər Əliyev ustalıqla Əli Həsənova tapşırdı ki, bu məsələni araşdırsın...

Və səhəri gün həmin problem Redaktorlar Birliyində müzakirə edildi, nazirliklə redaksiya arasında barışıq əldə olundu və s.

*** Bəli, tarixdə heç kim və heç nə unudulmur! Heydər Əliyevin yuxarıda qeyd etdiyim müsahibəsinin də qayəsi elə bu idi...

O, unudulmazdır və Azərbaycan xalqının əvəzolunmaz Lideri olaraq həmişə tarixdə qalacaq!!!

Asif MƏRZİLİ

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
Lesoto və Azərbaycan Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıb
13:46 11.05.2024
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
Bakı-Qəbələ-Bakı qatarları istirahət günləri hər iki istiqamətdə hərəkət edəcək
13:30 11.05.2024
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
Azərbaycan Türkiyədən zeytun idxalını azaldıb
13:20 11.05.2024
BMT-nin QHT Bölməsinin rəhbəri Azərbaycana səfər edəcək - FOTOLAR
13:19 11.05.2024
Sabah yağış yağacaq, şimşək çaxacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq
13:15 11.05.2024
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
Naxçıvanda 4 ayda vergi daxilolmaları üzrə proqnoz 118,1 % icra edilib
13:05 11.05.2024
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub
12:50 11.05.2024
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
İrəvanda aksiyalar davam edir, saxlanılanlar var - VİDEO
12:32 11.05.2024
Prezident və birinci xanım Şuşada “Xarıbülbül” Festivalının açılışında iştirak edirlər
12:23 11.05.2024
İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb
12:22 11.05.2024
Keniyada daşqınlarda ölənlərin sayı 267 nəfərə yüksəlib
12:12 11.05.2024
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
Heydər Əliyev Fondu və ICESCO arasında əməkdaşlığa dair MEMARANDUM imzalanıb
12:12 11.05.2024
ANAMA vətəndaşlara müraciət edib
ANAMA vətəndaşlara müraciət edib
12:02 11.05.2024
Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb
11:40 11.05.2024
Prezident İlham Əliyev Şuşada ICESCO-nun Baş direktorunu qəbul edib
11:40 11.05.2024
Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salındı
11:30 11.05.2024
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Hamısı