Mayın 12-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Düşənbəyə yola düşüb.
XİN başçısı Müstəqil Dövlətlər Birliyi (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. Onun səfər çərçivəsində bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Bu barədə XİN-in mətbuat katibi Leyla Abdullayeva Ednews-un sorğusuna cavab olaraq deyib. Mətbuat katibi bildirib ki, görüşlərlə bağlı məlumatlar dərhal XİN tərəfindən ictimaiyyətə açıqlanacaq.
Bəzi məlumatlara görə Ceyhun Bayramovun Düşənbə səfəri çərçivəsində Rusiya XİN rəhbəri Sergey Lavrov ilə də görüşü baş tutacaq.
Əməkdaşımızın “Nazir Ceyhun Bayramov Lavrovla görüşdüyü təqdirdə Azərbaycan- Ermənistan münasibətləri müzakirə oluna bilərmi?” sualına L. Abdullayeva bildirib ki:
"Cənab nazirin Düşənbədə bir sıra görüşləri baş tutacaq. Əlavə məlumatlar mətbuatın diqqətinə çatdırılacaq".
Xanlar Əlibəy