“Britaniyanın ağıllı kənd təsərrüfatı, davamlı su idarəçiliyi və bitki qida həlləri üzrə ixtisaslaşmış altı şirkəti öz təcrübələrini yerli şirkətlərlə bölüşəcəklər”.
Ednews xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp özünün “Twitter” hesabında yazıb.
"İlk dəfə olaraq "CaspianAgro" sərgisində milli stendini təqdim etməkdən məmnun oldum", - deyə səfir qeyd edib.
Qeyd edək ki, mayın 18-də Bakı Ekspo Mərkəzində 15-ci "Caspian Agro" beynəlxalq kənd təsərrüfatı sərgisi və 27-ci "InterFood Azerbaijan" beynəlxalq qida sənayesi sərgisi başlayıb.