Baş nazir Litva Prezidenti ilə görüşdü - ednews.net

30 İyun, Cümə axşamı

(+994 50) 229-39-11

Baş nazir Litva Prezidenti ilə görüşdü

Siyasət A- A A+
Baş nazir Əli Əsədov mayın 18-də Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb. 
 
Nazirlər Kabinetindən Ednews-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. 
 
İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulanıb.
 
Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...