Ceyhun Bayramov Avropa Şurasının Nazirlər Komitəsinin iclasında çıxış etdi

Siyasət 14:40 20.05.2022

Azərbaycan xarici işlər naziri cənab Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin İtaliyanın Turin şəhərində keçirilən 132-ci sessiyasında çıxış edib.

Bu barədə Ednews-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. 

Nazir Ceyhun Bayramov AŞ Nazirlər Komitəsində sədrliyinin müvəffəqiyyətlə başa çatması münasibətilə İtaliyanı təbrik edib və gələcək İrlandiya sədrliyinə dəstəyimizi ifadə edib.

Çıxışında Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenlik və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayan nazir sözügedən prinsiplərin beynəlxalq sülh, təhlükəsizlik və sabitliyin əsası olduğunu qeyd edib.

XİN-in rəhbəri bölgədəki cari vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə iclas iştirakçılarını məlumatlandırıb. Hazırda iki dövlət arasında münasibətlərin normallaşdırılması istiqamətində tərəfimizdən ardıcıl səylərin davam etdiyini bildirən nazir aprelin 6-da Aİ Şurasının Prezidentinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə baş tutan görüşünün bu prosesə müsbət təsir göstərdiyini qeyd edib. Nazir sözügedən görüşün yekunlarına görə iki ölkə arasında sülh sazişinin hazırlanmasına başlanılması ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə təlimat verildiyini, həmçinin iki dövlət arasında sərhədin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının təşkil edilməsinin razılaşdırıldığını diqqətə çatdırıb.

Azərbaycanın regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində Ermənistanla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə xüsusi rola malik etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə Avropa Şurasının töhfə verə biləcəyini qeyd edib və AŞ Baş katibinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün təşkilini müsbət qiymətləndirib.

Azərbaycanın postmünaqişə dövründə üzləşdiyi problemlərdən olan mina təhlükəsi, 1990-cı illərin əvvəlində baş verən müharibə zamanı itkin düşən 4 000-dən çox azərbaycanlı barəsində bugünədək məlumatın olmadığına diqqət çəkən nazir Ceyhun Bayramov beynəlxalq birliyi regionda möhkəm sülh və sabitlik naminə bu problemlərin aradan qaldırılmasına fəal dəstək və töhfə verməyə çağırıb.

Azərbaycanın AŞ üzv dövlətləri və orqanları ilə əməkdaşlığa sadiq olduğunu qeyd edən nazir 2022-ci ilin aprelində AŞ Baş katibinin Azərbaycana səfəri zamanı Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlıq məsələlərinin geniş müzakirə olunduğunu, AŞ 2022-2025-ci illərdə Azərbaycan üçün yeni fəaliyyət planının təqdim edildiyini və sözügedən planın birgə fəaliyyət üçün yeni zəmin yaratdığını vurğulayıb.

Çıxışın sonunda nazir İrlandiyanın gələcək sədrliyi dövründə də AŞ ümumi dəyərləri əsasında prioritetlərinə uyğun olaraq nəticə yönümlü əməkdaşlığımızın davam etdirəcəyini bildirib.

Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü BAŞLADI
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
İranda ali məktəblərə hicab nəzarətçiləri təyin edilib
12:30 26.04.2024
İlham Əliyev: “Avropa qitəsinə qaz təchizatımız artır”
12:26 26.04.2024
“İstəyirik ki, regionda yaşayanlar müalicə üçün Bakıya müraciət etməsin” – Vüqar Qurbanov
12:25 26.04.2024
Kərim Vəliyev: “Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tapşırıqları başa çatmış hesab edilir”
12:20 26.04.2024
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
İspaniya Fələstin dövlətini 4 ölkə ilə eyni vaxtda tanımağı planlaşdırır
12:15 26.04.2024
Prezident: “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - VİDEO
12:09 26.04.2024
SON DƏQİQƏ! İran daha 4 nəfəri EDAM ETDİ
12:05 26.04.2024
Gözlənilən sülh müqaviləsinin DETALLARINI POLİTOLOQ ŞƏRH EDİR
12:01 26.04.2024
Hansı şəxslərə tibbi arayışlar ödənişsiz verilir? - TƏBİB-in direktorundan AÇIQLAMA
11:55 26.04.2024
“Tibbi arayışların elektronlaşması həm də kağıza qənaət etməyə şərait yaradacaq” – Vüqar Qurbanov
11:53 26.04.2024
COP29-un rəhbər heyəti ispaniyalı nazirlə görüşdü
11:50 26.04.2024
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
İranda qondarma “erməni soyqırımı”nın ildönümü keçirilib - FOTOLAR
11:45 26.04.2024
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO
11:41 26.04.2024
İlham Əliyev Berlində tədbirdə iştirak edir
11:33 26.04.2024
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
Nigerdən sonra Çad... - ABŞ Afrikadan qovulur
11:30 26.04.2024
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlanır – VİDEO
11:22 26.04.2024
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
ABŞ-da Fələstin tərəfdarı tələbə etirazları böyüyür: Ən azı 570 nəfər saxlanılıb
11:20 26.04.2024
İlham Əliyev Almaniyada keçirilən tədbirdə İŞTİRAK EDƏCƏK
11:10 26.04.2024
Rəsmi İrəvandan XİN rəhbərlərinin Qazaxıstanda mümkün görüşü ilə bağlı AÇIQLAMA
11:09 26.04.2024
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
ABŞ-ın İran addımı: Sanksiyalar bir-birinin ardınca gəldi
11:05 26.04.2024
LNG  AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
LNG AB-nin enerji siyasətində Rusiya qazını əvəz etdi
10:55 26.04.2024
Hamısı