Ceyhun Bayramov Türkiyədəki qəza ilə bağlı başsağlığı verdi - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Ceyhun Bayramov Türkiyədəki qəza ilə bağlı başsağlığı verdi

Siyasət A- A A+
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar başsağlığı verib.
 
Ednews xəbər verir ki, nazir bununla bağlı “Twitter“ hesabında paylaşım edib.
 
Paylaşımda bildirilir:
 
“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.
 
Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...