Almaniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik etdi - ednews.net

5 İyul, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Almaniya Prezidenti Azərbaycan dövlət başçısını təbrik etdi

Siyasət A- A A+

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

Ednews xəbər verir ki, təbrik məktubunda deyilir:

"Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından səmimi təbriklərimi yetirirəm.

Ölkələrimizin diplomatik əlaqələri otuz il əvvəl, 1992-ci il fevralın 20-də qurulub.

Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf etmişdir. Sizi əmin edirəm ki, Almaniya dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsinə böyük maraq göstərir. Bura həm də Azərbaycanla insan hüquqlarına dair aparılan dialoq və ölkələrimizin vətəndaş cəmiyyətləri arasında mübadilənin dəstəklənməsi daxildir.

Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır və ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik.

Sizə və ailənizə cansağlığı, firavanlıq, ölkənizin vətəndaşlarına sülh və əmin-amanlıq şəraitində uğurlu gələcək diləyirəm".

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...