“Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ənənəvi şəkildə tədricən artan xətlə inkişaf edir, miqyası daha da genişlənir və yeni müstəviləri əhatə edir. Afrika ölkələri ilə təmaslarımızın səviyyəsi və intensivliyi artır. Mövcud əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi istiqamətində sistemli iş aparılır”.
Ednews xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Afrika Gününə həsr olunmuş “Qoşulmama Hərəkatının təkamülündə Afrika qitəsinin irsi” mövzusunda konfransda deyib.