Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub

Siyasət 16:10 27.05.2022

Azərbaycanın Müstəqillik Günü, eləcə də Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub.

Ednews xəbər verir ki, tədbirdə Moldova parlamentinin sədri İqor Qrosu, nazirlər, deputatlar, ölkənin ictimai-siyasi xadimləri, Moldovada akkreditə olunmuş səfirlər və diplomatik korpusun üzvləri, Moldovada yaşayan icmaların rəhbər və nümayəndələri, yerli KİV rəhbərləri və əməkdaşları, yerli və xarici tələbələr, eləcə də həmvətənlərimiz iştirak edib.

Tədbirdə çıxış edən səfir Qüdsi Osmanov Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verərək dövlət quruculuğunda görülmüş mühüm işlərdən bəhs edib. Səfir bildirib ki, Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, dövlətimizin tarixində dərin iz buraxdı və illər sonra Ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəlməsilə dövlətçilik ənənələrimiz daha da möhkəmləndirildi, ölkəmizdə sabitlik təmin edildi və bütün sahələrdə ciddi islahatlar aparıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin siyasətini bu gün onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyini qeyd edən səfir çıxışının davamında Şanlı Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra hazırda bölgədə sürətli bərpa və quruculuq işlərinin aparıldığını, bu işlərdə xalqımızı dost ölkələrin dəstəklədiyini, Moldovanın da belə ölkələr sırasında olduğunu bildirib. Səfir Q.Osmanov bu il Azərbaycan-Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edildiyini, Azərbaycan ilə Moldovanı uzun illər əməkdaşlıq, dostluq və qardaşlıq münasibətləri bağladığını dilə gətirib, əlaqələrimizin bundan sonra da inkişaf edərək möhkəmlənəcəyinə əminliyini bildirib.

Moldova parlamentinin sədri İqor Qrosu çıxış edərək bütün azərbaycanlıları əlamətdar gün - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edib. Parlament sədri bir neçə gündən sonra ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini, bu yubileyin uzun illər boyu davam edən dostluq və qardaşlıq münasibətlərimiz üçün mühüm tarixi hadisə olduğunu vurğulayıb. O qeyd edib ki, hazırkı mərhələdə əlaqələrimiz yüksək səviyyədədir, bu istiqamətdə işlər davam etdirilərək qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün bundan sonra da birgə səylər gücləndiriləcək. İ.Qrosu iki ölkə arasında ticarət dövriyyənin artırılmasının əhəmiyyətini qeyd edərək, əsasən enerji sahəsində, eləcə də səramyə qoyuluşu ilə bağlı əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib. Moldovalı sədr pandemiya ilə mübarizə zamanı humanitar yardıma, eləcə də regionun çətin və gərgin zamanında göstərdiyi böyük dəstəyə görə dost Azərbaycana təşəkkür edib. İ.Qrosu ölkələrimizin ərazi bütövlüyü məsələsində həmişə bir-birini dəstəkləyini ziyafət iştirakçılarının diqqətinə çatdırıb. Moldovalı sədr bu il Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşərək Şuşaya səfəri zamanı şahidi olduğu bərpa və quruculuq işlərindən təsirləndiyini bildirib. Sonda sədr bütün azərbaycanlıları təbrik edərək sülh, firavanlıq və uğurlar arzulayıb.

Çıxışlardan sonra Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunan poçt markasının təntənəli təqdimatı olub.

Eyni zamanda, ziyafət çərçivəsində ölkəmizin Müstəqillik Günü, habelə iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib.

Tədbir klassik və milli musiqi proqramı ilə davam edib, sonda qonaqlara milli mətbəximizə məxsus təamlar və şirniyyatlar təqdim edilib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı