Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 30 illiyi Los Ancelesdə qeyd edildi

Siyasət 10:24 30.05.2022
Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin qurulmasının 30 illiyi Los Ancelesdə təntənəli şəkildə qeyd olunub.
 
Bu barədə Ednews-a Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
 
Bildirilib ki, tədbirdə ABŞ siyasi xadimləri, Dövlət Departamentinin və Los Anceles Vilayətinin rəsmiləri, müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri, həmçinin dost türk, yəhudi, Pakistan, Koreya, latino, İran və digər icmaların rəhbərləri iştirak ediblər.
 
Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın baş konsulu, Los-Anceles Konsulluq Korpusunun sədri Nəsimi Ağayev Azərbaycan tarixində olduqca əlamətdar hadisə olan ilk respublikamızın yaranması və nailiyyətləri haqda məlumat verib.
 
O, 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın nəhəng çətinliklərlə üzləşdiyini, ancaq 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük bəlalardan qurtulduğunu, Azərbaycanın inkişafının möhkəm təməllərinin qoyulduğunu diqqətə çatdırıb.
 
Bu gün Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edən baş konsul Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə bərpa və quruculuq işlərinin aparıldığını vurğulayıb.
 
Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını bildirib. Azərbaycan-ABŞ münasibətlərinin son 30 ildə inkişaf etdiyini qeyd edən diplomat bir çox strateji sahələrdə ölkələrimiz arasında sıx tərəfdaşlıq münasibətlərinin yarandığını və bu münasibətlərin ortaq dəyərlərə və maraqlara söykəndiyini diqqətə çatdırıb.
 
Sonra çıxış edən ABŞ Dövlət Departamentinin Xarici Missiyalarla İş üzrə Los-Anceles Ofisinin regional direktoru Qreçen Franke ABŞ adından bütün azərbaycanlıları Müstəqillik Günü münasibətilə təbrik edib. Q.Franke son 30 ildə Azərbaycan ilə ABŞ-ın sıx tərəfdaşlara çevrildiyini bildirib. O, ölkələrimizin birgə çalışaraq, Avropada enerji təhlükəsizliyini və sabitliyi təşviq etdiyini, transmilli təhdidlərə qarşı mübarizə apardığını və iki ölkə arasında ticarət və investisiyaların artdığını söyləyib. ABŞ diplomatı qeyd edib ki, beynəlxalq qeyri-müəyyənliklərin çox olduğu indiki dövrdə enerji mənbələrinin diversifikasiyası və beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində ABŞ və Azərbaycanın 30 illik əməkdaşlığı ikitərəfli münasibətlərimizin belə bir tarixi məqamda necə bəhrə verdiyini göstərir.
 
Sonra çıxış edən Yuta Senatoru Cin Deyvis Azərbaycanın ABŞ üçün önəmli strateji tərəfdaş olduğunu və son illərdə ABŞ-ın Yuta ştatı ilə güclü münasibətlərin yaradıldığını qeyd edərək Yuta Ştat Senatı və Nümayəndələr Palatasının Azərbaycanın Müstəqillik Günü ilə bağlı qəbul etdiyi bəyannaməni baş konsul N.Ağayevə təqdim edib.
 
Daha sonra çıxış edən Los Anceles Vilayətinin Protokol Xidmətinin rəhbəri Lurdes Saab Azərbaycan xalqını və Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edərək, Los Anceles Vilayətinin Nəzarətçilər Şurası tərəfindən qəbul edilmiş bəyannaməni təqdim edib.
 
Tədbirdə həmçinin Baş Konsulluğun Müstəqillik Günü ilə bağlı hazırladığı qısa film və milli geyimlərimiz nümayiş etdirilib, xalq mahnıları ifa edilib və Ləman Musayevanın ifasında Azərbaycan xalq rəqsləri təqdim olunub. Qonaqlar, Azərbaycan mətbəxinin ləziz təamları və şirniyyatları, həmçinin müxtəlif nəşrlərlə tanış olublar.
 
Tədbir böyük maraqla qarşılanıb.
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO

Xəbər xətti

Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
Roma Papa 2025-ci ildə Türkiyəyə gəlməyi planlaşdırır
11:13 17.05.2024
Lukaşenko Füzuliyə GEDİB
11:05 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüb
11:03 17.05.2024
Ötən il Azərbaycanda 293 erkən evliliyin qarşısı ALINIB
11:00 17.05.2024
Universitetin rektoru qovuldu - Bu ölkədə
Universitetin rektoru qovuldu - Bu ölkədə
10:55 17.05.2024
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
Korotçenko: "Ermənistan bunu əbədi unutmalıdır" - VİDEO - ÖZƏL
10:50 17.05.2024
İnsan alveri qurbanlarının böyük hissəsini kişilər təşkil EDİB
10:47 17.05.2024
Azərbaycanda insan alverinin qurbanları ən çox bu şəhər və rayonlardadır
10:45 17.05.2024
Küçələrdə dilənçilik edən 342 uşaq AŞKARLANIB
10:40 17.05.2024
Doğan Başaran: "Azərbaycan "Yaşıl Dünya" sahəsinə töhfələri ilə nümunəvi ölkə olacaq" - VIDEO
10:35 17.05.2024
Hamısı