Xəbər verdiyimiz kimi erməni məzunları son zəng günü üzərində “Türksüz Ermənistan” yazısı olan şarları göyə uçurublar. Məğlubiyyətlərini qəbul etməyən ermənilər türklərə qarşı kinlərini bu vasitələrdən istifadə edərək göstərmək istəyirlər. Sosial şəbəkələrdə yayılan bu görüntülər erməni seqmentində geniş yayılıb.
Ermənistan hakimiyyəti göstərişdə, bütün dünyaya Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirsə də, öz xislətlərinə sona qədər sadiq qalaraq, türklərə qarşı nifrət hisslərini aşılamağa davam edirlər.
Məsələ ilə bağlı Ednews-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib ki, belə “qəhrəmanlıq” ermənilərdən gözlənilən hərəkətdir.
“Ermənilərin tarixinə nəzər salanda belə faktlara rast gəlmək olur. Məşhur italyan yazıçısı deyir ki,- “mən erməniləri indiyədək anlaya bilmirəm əgər tarixən var olublarsa, niyə bunların balaca da olsa dövləti olmayıb, yox əgər ermənilər bu qədər qoçaqdırsa niyə bu qədər ağlaşma qururlar". Bu etnosun psixoloji problemləri çoxdur. Onların psixologiyasında natamamlıq kompleksi var. Hətta onu deyim ki, erməni xəstəliyi deyilən bir xəstəlik var. Yəni ermənilərdə türkə qarşı kin-küdurət qandan gəlir. İndi məzunların belə etməsi bizimçün yenilik deyil. Çünki onlara doğulmamışdan riyakarlıq, nifrət, kin, düşmənçilik öyrədilir. Bir sözlə ermənilər bu bəladan qurtulan deyil, biz də bunu qəbullanmalı və belə sadə hərəkətlərə reaksiya verməməliyik”.
Cümşüd Nuriyev ermənilərin belə cılız şeylərlə təsəlli etmələrini psixoloji problem olduğunu bildirdi. O, bu məqamda maraqlı nüansa da toxundu.
“ÜST 2005 ci ildə ermənilərdə nifrət hissini ölçmək üçün tədqiqat aparıb. Məlum olub ki, ermənilərin 25 faizində Qarabağla bağlı psixoloji pozuntular, problemlər var. Müharibəni azərbaycanlılar qazandıqdan sonra məlum olub ki, belə ermənilərin 50 faizində psixoloji pozğunluqlar yaranıb. Çünki onlar elə hesab edirdilər ki, onları heç kəs məğlub edə bilməz, onlar hegamondurlar. Azərbaycanın qüdrəti onlara olduqca, mənfi təsir bağışlayıb”.
Ləman Abbaslı