Erməni revanşistlərinə Xaçaturyandan sillə kimi cavab “Realist olun!”

Siyasət 17:00 24.06.2022
Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyan müxalifətin Qarabağ Azərbaycanın tərkibində ola bilməz tələblərini mənasız hesab edərək, onları realist olmağa, siyasi diplomatiyanı başa düşməyə və populizmi ictimai bəyanatlardan fərqləndirməyə çağırıb. 
 
Onun sözlərinə görə, müxalifət bu cür tələblər irəli sürməklə və ifadələr işlətməklə öz manevr hüquqlarını itirir. 
 
Lakin Ermənistan hakimiyyətinin rəsmilərinin regionda sülhün və sabitliyin bərqərar olunmasının zərurəti ilə bağlı açıqlamalar verməsinə baxmayaraq, revanşist qanunsuz Qarabağa səfər edərək təxribatyönümlü manevrlər etməyə çalışıblar.  
 
Belə ki, iyunun 21-23 - də iyunun 21-23 - də Müqavimət Hərəkatının deputatları Qarabağa səfər edərək qondarma parlamentin bütün fraksiyaları, rejimin sabiq dövlər başçıları və digər siyasi füqurlar ilə görüşlər keçiriblər. 
 
Daşnaksütyun partiyasının nümayindəsi İşxan Saqatelyan və “Mənim şərəfim var” blokunun deputatı Tiqran Abrahamyan Azərbaycan ərazisi Qarabağda Müqavimət Hərəkatının təşkil edilməsinin və müdafiə ordusunun yaranmasının vacibliyini vurğulayıblar. Hətta, Ermənistan blokundan olan deputat Aram Vardenyan separatçı nümayindələr ilə görüşdə Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bildirib. 
 
Qarabağ məsələsində Ermənistan hakimiyyətinin və erməni müxalifətinin mövqeyində ziddiyyətlər barədə danışan Zərdüşt Əlizadə deyib ki, erməni müxalifətinin başında duran şəxslərin əsas məqsədi hakimiyyəti ələ keçirib erməni xalqını qarət etmək və talamaqdır. 
 
“Erməni müxalifəti Paşinyan hakimiyyətindən daha yaxşı bilir ki, Ermənistanın Qarabağı qaytarmaq üçün heç bir şansı yoxdur. Lakin bu radikal qüvvələr kütlənin cəhalətindən istifadə edib ağlasığmaz və qeyri-gerçək tələblər irəli sürərək xalqı hakimiyyətin üstünə qaldırmağa çalışırlar. Onlar düşünürlər ki, bu yoldan hakimiyyəti devirməyə bacaracaqlar, amma yanılırlar”. 
 
Zərdüşt Əlizadənin sözlərinə görə, sadə erməni xalqının əksəriyyəti vaxtı ilə hakimiyyətdə oturan müxalifət rəhbələrini oğru və rüşvətxor hesab edirlər. 
 
“Deməli, müxalifətin meydanlarda nümayişlər keçirdiyi günlərdə bir sıra jurnalistlər yoldan keçən sadə ermənilərindən müsahibə alırlar. Onlar müxalifətin rəhbərləri barəsində kəskin və sərt ifadələr işlədiblər. Sadə ermənilər hesab edirlər ki, bu talançı Qarabağ klanı və digər siyasi qüvvələr hakimiyyətə qayıtdıqları təqdirdə xalqı yenidən qarət edəcəklər. Odur ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyanın bəyanatı radikal müxalifətə yox, erməni xalqına ünvanlanıb. Xaçaturyan erməni sakinlərinə başa salmağa çalışır ki, xəyallarla yaşamayın, gerçəkliyi başa düşün və anlayan ki, yalnız bu yoldan Azərbaycan və erməni xalqının barışması mümkündür”. 
 
Politoloq, həmçinin qeyd edib ki, erməni xalqının əksəriyyətinin seçkilərdə Paşinyana səs verməklə sülhü və əmin-amanlığı dəstəklədiyini nümayiş etdirdi. 
 
“Biz bilirik ki, Ermənistanın ağır məğlubiyyətə düçar olmasından sonra sadə ermənilərin çoxu əbəs yerə müharibə, ədavat və münaqişə istəməyəcəklər”. 
 
Sonda Z.Əlizadə bildirib ki, erməni müxalifətinin Qarabağda təxribatyönümlü hərəkətləri boşa çıxacaq və heç nəyə nail ola bilməyəcəklər. 
 
“Erməni müxalifəti Qarabağ Ermənistana qayıtmalıdır, Qarabağ müstəqil olmalıdır, Paşinyan getməlidir kimi məntiqi olmayan və mənasız ifadələ səsləndirirlər. Həqiqət ondan ibarətdir ki, Azərbaycan ordusu müharibədə erməni ordusunu darmadağın edib, məhv edib. Ermənistanın radikal ünsürləri anlamalıdır ki, Qarabağ bundan sonra onların əlinə düşməyəcək. Ermənistanın Qarabağda ordu  yaratmaq imkanları yox səviyyəsindədir. Bu dövlətin ordusu müharibədə 450 yaxın tank itirib. O tankları nə ilə əvəz edə biləcəklər? Rusiyada tank zavodları ildə 35 tank istehsal edə bilir. Bu heç Rusiyanın ehtiyaclarını ödəyə bilmir. Eləcə də Qarabağda separatçı ünsürlərin ordu yaratmaq üçün nə pulu, nə də bəşəri qüvvəsi yoxdur. Bölgədə yaşayan 35 min ermənidən ordu yaratmaq qeyri-mümkündür”.
 
Yunis Abdullayev 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Makron Starmerdən Fələstini tanımağını istəyir
12:13 05.07.2025
Rusiya aeroportunda 40-dan çox aviareys gecikdirilib
12:08 05.07.2025
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
11:53 05.07.2025
Azərbaycana qarşı döyüşmüş separatçı Ermənistanda saxlanıldı
11:38 05.07.2025
Kür çayında gənc oğlan boğulub
11:23 05.07.2025
Hamısı