"Post-müharibə dövründə 103 min şəxsə 190 min dövlət dəstəyi xidməti göstərilib”.
Ednews xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında səsləndirib.
“Onlara sosial ödənişlər, həm də məşğulluq tədbirləri təyin olunub. Eləcə də onların avtomobillə, protezlə təmin olunması və reabilitasiyası tədbirləri icra olunub. İcra olunmağa da davam edəcək.
Bu kateqoriyadan olan insanlarımıza daha geniş və əhatəli xidmət göstərəcəyik”, - deyə Sahil Babayev əlavə edib.