ABŞ-ın Azərbaycandakı Səfirliyi Müstəqillik Günü ilə bağlı paylaşım edib.
Ednews xəbər verir ki, səfirliyin “Facebook” səhifəsində paylaşılan fotoda ümumilli lider Heydər Əliyev və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Stenli Eskudero yer alıb.
“Müstəqillik Günümüz Mübarək! Sizə ötən illərdə səfirliyin qeyd etdiyi Müstəqillik Günü ziyafətində çəkilmiş tarixi şəkilləri təqdim edirik” – deyə paylaşımda qeyd edilib.