Azay Quliyev ATƏT-də yüksək vəzifəyə seçildi - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Azay Quliyev ATƏT-də yüksək vəzifəyə seçildi

Siyasət A- A A+
Azərbaycan nümayəndə heyəti 2-6 iyul tarixlərində Böyük Britaniyanın Birminqem şəhərində keçirilən ATƏT PA-nın illik sessiyasında iştirak edir.  
 
Ednews xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.  
 
Belə ki, sessiyada İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitənin iclası çərçivəsində komitənin sədri vəzifəsinə seçkilər keçirilib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev və Avstriya nümayəndə heyətinin üzvü David Stögmüller qeyd olunan vəzifəyə namizədliklərini irəli sürüblər. 
 
Seçkidən öncə hər iki namizədə söz verilib. Çıxışında Azay Quliyev komitə sədri qismində ATƏT regionunda yaranmış iqtisadi çətinliklərə, ərzaq çatışmazlığı, ətraf mühitin qorunması, enerji böhranı, xüsusilə də nəqliyyat və logistika məsələlərinə  diqqət ayıracağını bildirib.
 
İclasın davamında gizli səsvermənin nəticələrinə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA-nın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri vəzifəsinə seçilib. 
 
Xatırladaq ki, 2016-cı ildən ATƏT PA-nın vitse-prezidenti olan Azay Quliyevin səlahiyyyət müddəti cari ilin iyulun 6-da bitəcək. ATƏT PA-nın qaydalarına əsasən, iki tam müddət üzrə (3+3 il) seçilən vitse-prezident növbəti dəfə namizədliyini irəli sürə bilməz.  
 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...