Laçın dəhlizinin yeni marşrutunun istifadəyə verilməsindən sonra Laçın şəhəri və Zabux kəndindən çıxaralacaq ermənilərin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə köçürülməsi planlaşdırılır.
Verilən məlumata görə, Qarabağdakı separatçı-terrorçu rejim erməni əhalisini Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərsi kəndlərinə yerləşdirməyi planlaşdırır. Bu isə növbəti dəfə Azərbaycana qarşı törədilən təxribat olacaq.
Məsələ ilə bağlı Ednews - a danışan politoloq Fikrət Sadıqov qeyd edib ki, Azərbaycan hökuməti bütün üsullardan istifadə edib Laçın məsələsində mübahisələrə son qoymalıdır.
“Bizim hüququmuz var ki, öz torpaqlarımızda qeyri qanuni məskunlaşan erməniləri oradan çıxaraq. Bizə heç kəs maneçilik törədə bilməz”.
Qabil Hüseynlinin sözlərinə görə isə ermənilərin bu kimi özbaşınalıqları bölgədə yeni təhlükəli qarşıdurmalara gətirib çıxara bilər.
“Kimlərsə erməniləri Qarabağda vəziyyəti gərginləşdirməyə yönələn addımlar atmağa sövq edir. Növbəti qanunsuz məskunlaşma regionda mövcud status-kvonun əleyhinə getmək deməkdir. Azərbaycan silahlı qüvvələrini, əsasən dağ komanda qoşunlarını və xüsusi təyinatlarını hazırlıq vəziyyətinə gətirib ermənilərin qanunsuz əməllərinə zərbə endirmək əmri verilməlidir”.
Siyasi şərhçi Cümşüd Nuriyev isə bu məsələnin bütün Azərbaycan ictimaiyyəti üçün prinsipal məsələ hesab edib.
“Azərbaycan Xarici İşlər və Azərbaycan Müdafiə nazirlikləri bununla bağlı mütləq bəyanat yaymadılar. Həmçinin Azərbaycan mediası bu məsələdə ciddi fəaliyyət göstərməlidir, yeri gəlsə, informasiya müharibəsi də aparılmalıdır.
Azərbaycanın siyasi partiyaları və qeyri-hökumət təşkilatları da ermənilərin qanunsuz planlarına qarşı hərəkət etməlidirlər. Əgər Laçın şəhərində və Zabuxda yaşayan Suriya və Livan erməniləri Böyük Qaladərəsi, Kiçik Qaladərəsi və digər kəndlərdə məskunlaşması qeyri-qanunidir. Bu məsələdə hamımız hərəkət etməliyik”.