Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bölgəyə çox böyük faydalar verəcək - Türkiyəli səfir - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bölgəyə çox böyük faydalar verəcək - Türkiyəli səfir

Siyasət A- A A+
“Bu gün geosiyasi reallıqlar dəyişib”. 
 
Ednews apa-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışında deyib. 
 
Səfir geosiyasi reallıqların dəyişməsinə səbəb kimi, Rusiyanın Ukraynaya hücumunu göstərib. 
 
Türkiyəli diplomat İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesinə də toxunub. Səfir Rusiya-Ukrayna müharibəsindən əvvəl pandemiya dünyada təhlükəsizliyin əsas prioritet olduğunu göstərib. 
 
Cahit Bağcı bu kontekstdə qida təhlükəsizliyinin, eyni zamanda, enerji təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb. Diplomat əlavə edib ki, müharibə fonunda təbii qazın qiymətləri artmaqdadır. 
 
Diplomat eyni zamanda, Zəngəzur dəhlizinin də əhəmiyyətini diqqətə çatdırıb: 
 
“Zəngəzur dəhlizinin fəaliyyətə başlaması bölgəyə çox böyük faydalar verəcək”. 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...