Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu" haqqında Diplomatiya Həftəsi iştirakçıları qarşısında çıxışı zamanı 30 il boyunca Azərbaycan hərbçilərinin Türkiyədə təhsil aldıqları və orduda xidmət etdiklərini bildirib.
“30 il ərzində Azərbaycan Ordusu gücləndi. 30 illik münaqişəyə 44 günə son qoyuldu. Burada Türkiyənin siyasi və mənəvi köməyi oldu. 44 gündə iki ölkənin çiyin çiyinə bərabər yüksəlişi hər kəsə qardaşlıq nümunəsi oldu”.
Səfir onu da qeyd edib ki, Şuşa Bəyannaməsinin müddəti sonsuzdur.
"Bu qələbədən sonra imzalanan Şuşa Bəyannaməsini biz sətir-sətir bilməliyik. Çünki bu bəyannamə artıq qanundur. Şuşa Bəyannaməsi hər kəsə bir təlimat, tapşırıqdır. Biz mədəniyyətdə də, hərbdə də, hər sahədə əngəlləri aradan qaldırmalı və birlikdə inkişaf etməliyik. Şuşa Bəyannaməsi sadəcə enerji və müdafiə sənayesini deyil, bütün sahələri əhatə edir”.
Ləman Abbaslı