Vətəndaş cəmiyyətləri qazilərin problemlərinin həllində niyə susurlar? SƏBƏBLƏR

Siyasət 12:55 14.07.2022
II Qarabağ müharibəsində iştirak edən, “Mauquli” ləqəbi ilə tanınan Elvin Cəfərov Sabirad İcra Hakimiyyəti binasının qarşısında özünü yandıraraq intihar edib. Bu artıq Vətən müharibəsindən bəri intihara əl atan 35 - ci qazidir.
 
Cəmiyyətdə rezonans yaradan bu hadisə insanlar tərəfindən müxtəlif cür dəyərləndirilir. Kimi bu cür halların artmasında məmur özbaşınalığını, diqqətsizliyini, kimi isə qanunların tam yerinə yetməməsi və bəzi dövlət qurumları tərəfindən layeqiyitsizlikdə görür.
 
Bir qisim insan isə problemdə vətəndaş cəmiyyətlərini günahlandırır.  İnsanlar hesab edirlər ki, vətəndaş cəmiyyətlərinin özəyi hesab olunan qeyri-hökumət təşkilatları qazilərimizin psixoloji-sosial problemləri, maddi rifahı ilə bağlı məsələlərin həll edilməsində öz sözlərini, fikirlərini bildirmirlər, yəni onlar da ciddi şəkildə müdaxilə etməlidirlər. 
 
Məsələ ilə bağlı Ednews - a danışan Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurulluyevin sözlərinə görə, dünyanın müxtəlif yerlərində vətəndaş cəmiyyəti institutları müharibə iştirakçılarının, onların və müharibədə həlak olan hərbçilərin ailələrinin problemləri ilə yaxından maraqlanırlar və bununla bağlı fərqli layihələr həyata keçirilər. 
Razi Nurullayev: “Ölkə yağlı əppəkdir, daraşıb talayırlar!”
 
“Bu layihələr içərisində psixoloji, humanitar yardım, tibbi dəstəyin göstərilməsi, hüquqların qorunması, təhsil imtiyazlarının təminatı, məşğulluğun yaradılması və iş imkanları ilə təminat, peşəyönümlü sahələrə cəlb olunma və s proqramlar əsas yer tutur. Belə layihələrin icra olunması həm dövlətin yükünü azaldır, həm də müharibə iştirakçılarının və müharibədə həlak olan hərbiçilərin yaxınlarının sosial narazılığını qarşısını alır. Onların ehtiyaclarını tam ödəmiş olur”. 
Deputat Azərbaycanda qeyri-hökumət təşkilatlarının passiv olmasından təəssüfləndiyini qeyd edərək deyib ki: “Bir neçə qeyri-hökumət təşkilatı tanıyıram ki, onlar qazilər ilə görüşlər keçirir, onların problemlərini gündəmə daşıyırlar. Həmçinin məni də həmin tədbirlərə dəvət edirlər. Gedib görürəm ki, həmin tədbirlərdə 50-100 arası şəhid ailələri, müharibə veteranları iştirak edir. Amma qeyd edim ki, həmin təşkilatlar konkret olaraq onlara köməklik göstərə bilmir. Sadəcə olaraq onların problemlərinin və  narazılıqlarının qabardılması ilə məşğul olur”. 
 
Razi Nurullayev qeyri-hökumət təşkilatlarında günah görmədiyini, həmin təşkilatların ciddi əngəllər və manelər ilə üzləşdiyini bildirib. 
 
“Azərbaycanda vətəndaş cəmiyyətlərinin güclü təmsilçiləri var. Lakin 2009-ci ildə qeyri-hökumət təşkilatları ilə bağlı qanunda məhdudlaşdırmalar tətbiq olundu.  2014-ci ildə isə artıq demək olar ki, vətəndaş cəmiyyətləri ilə bağlı daha sərt qanunlar qəbul edildi. Xarici fondlardan alınan maliyyə vəsaitlərinə qadağa qoyuldu. Eyni zamanda qeyri-hökumət təşkilatlarının layihələri üçün Ədliyyə Nazirliyindən bildiriş almaq və onları qeydiyyatdan keçmək  qaydaları çətinləşdirildi. Bütün bu səbəblər vətəndaş cəmiyyətlərinin fəaliyyətini zəiflədib, yararsız hala çevirib”. 
 
R.Nurullayevin fikrincə, vətəndaş cəmiyyəti instituları ilə bağlı məhdudlaşmalar aradan qaldırılsa, qeyri-hökumət və ictimai təşkilatlar bir il ərzində özünə gələ bilər. 
 
“Müxtəlif fondlardan, humanitar təşkilatlardan və müəssisələrdən müəyyən vəsaitlər almaqla, dövlətin köməyi ilə qazilərimizin, onların və şəhid ailələrinin problemlərinə əlac tapmaq olar, dövlətin də yükü azalar”. 
Oxu.az - Məmurların dərdini dilə gətirən deputat: Fazil Mustafa gələn il  “Bakını xilas edəcək”
 
Azərbaycan Quruluş Patiyasının sədri, deputat Fazil Mustafa Ednews - a deyib ki, vətəndaş cəmiyyətlərinin bir çox sahələrdə fəaliyyəti birlərəkdən məhdudlaşdırılıb. 
 
“Ölkəmizdə fəal olan kifayyət qədər şəxslər var, təşkilatlar var. Amma onlar açıq şəkildə fəaliyyət göstərə bilmirlər. Xarici fondlardan maliyyə vəsaiti almaq olmaz, hər hansı layihəni həyata keçirmək olmaz kimi əngəllərlə üzləşirlər. Daxildə verilən qrantlar bu prosesləri geniş şəkildə aparmaq üçün yetərli deyil. Vətəndaş cəmiyyətini əzən bu zehniyyəti mütləq aradan qaldırmaq lazımdır”. 
 
Deputat, əsasən bələdiyyələrdə problemin olduğunu bildirib. 
 
“Türkiyədə bələdiyyələr qazilərin problemləri ilə bağlı məsələlərdə ciddi rol oynayırlar, öz səylərini ortalığa qoyurlar. Bu ölkədə bələdiyyələrin vətəndaş cəmiyyətləri ilə güclü təmasları var”. 
 
F.Mustafa qazi məsələlərində vətəndaş cəmiyyətlərini günahlandırmağı düzgün hesab etməyib. 
 
“Bir çox qeyri-hökumət təşkilatlarının maliyyə vəsaiti yoxdur, yoxsuldurlar. Onlara imkan yaradılmalıdır ki, donorlardan vəsait alsınlar və sosial problemlərin həll edilməsinə xərcləsinlər. Ona görə bu məsələ barədə düşünməli, müvafiq qərarlar qəbul edilməlidir. Mərkəzələşdirilmiş qaydada bu məsələni həll etmək mümkün deyil”.
 
Yunis Abdullayev

 

İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO

Xəbər xətti

Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Mixail Mişustin yenidən Rusiyanın Baş naziri oldu
17:43 10.05.2024
İlham Əliyevin Laçına səfərindən səmimi görüntülər - VİDEO
17:29 10.05.2024
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
Xarkov ATƏŞƏ TUTULDU - Ölən və yaralananlar var
17:24 10.05.2024
İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoydu
17:10 10.05.2024
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
Səməd Vəkilov şəhid Cabbar Zeynalovun ailəsini ziyarət edib - FOTOLAR
17:09 10.05.2024
Baydendən Çinə iqtisadi ZƏRBƏ
Baydendən Çinə iqtisadi ZƏRBƏ
16:54 10.05.2024
Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
16:38 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış oldu
16:32 10.05.2024
Prezident və Birinci xanım Şuşaya köçmüş ilk sakinlərlə GÖRÜŞDÜ
16:19 10.05.2024
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
İranlı kinorejissor 8 il HƏBS CƏZASI ALDI
16:11 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında
16:06 10.05.2024
Hamısı