Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında önəmli sənəd - enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalanıb.
Ednews xəbər verir ki, sənədi Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen imzalayıb.
Qeyd edək ki, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen bu gün Azərbaycana gəlib və Prezident İlham Əliyevlə geniş tərkibdə görüş keçirib.