Tokayev və Zelenski arasında telefon danışığı olub - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

Tokayev və Zelenski arasında telefon danışığı olub

Siyasət A- A A+
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
 
Ednews xəbər verir ki, bu barədə “Sputnik Kazakhstan” Tokayevin mətbuat xidmətinə istinadən məlumat yayıb.
 
Bildirilib ki, telefon danışığı Ukrayna tərəfinin təşəbbüsü əsasında baş tutub.
 
Dövlət başçıları ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümü münasibətilə bir-birlərini təbrik ediblər.
 
Qazaxıstan Prezidenti bu dövr ərzində iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafında mühüm müsbət nəticələrin əldə olunduğunu qeyd edib.
 
Tokayev ötən gün İstanbulda Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukraynadan taxıl ixracına dair sazişin imzalanmasını müsbət qiymətləndirib.
 
Tokayev eyni zamanda, Qazaxıstanın Ukraynadakı vəziyyətin diplomatik yolla tənzimlənməsi ilə bağlı prinsipial mövqeyini təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...