Prezident İlham Əliyev “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Ednews xəbər verir ki, sənədə əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
- 106-cı maddənin birinci hissəsinin ikinci abzasında “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri “3550 manat” sözləri ilə əvəz edilir;
- 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən “və iki aylıq əmək haqqı məbləğində müavinət” sözləri çıxarılır;
- 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsi çıxarılır.
Bu Qanun 2022-ci il sentyabrın 1-dən qüvvəyə minir.