“Arayik qulağından tutulub Bakıya gətirilməlidir!” Partiya sədrlərindən “QİSAS” əməliyyatına REAKSİYA

Siyasət 13:17 04.08.2022
Azərbaycan ordusunun öz ərazisində qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı “Qisas” adlı anti-terror əməliyyatı keçirib. 
 
Azərbaycan ordusunun bu uğurlu hərbi əməliyyatını təqdirəlayiq görən bir çox siyasi partiya liderləri hər zaman bu kimi zəruri əməliyyatların aparılmasında ordumuzun yanında olduqlarını, Qarabağ məsələsində dövlətlə həmrəylik nümayiş etdirdiklərini bildiriblər. 
 
Müsavat partiyasının sədri Arif Hacılı Ednews –a açıqlamasında bildirib ki, Azərbaycan ordusu heç zaman hər hansı silahlı birləşmələrin ölkəmizin suverenliyinə təhdid etməsinə imkan verə bilməz. 
 
“Azərbaycan ərazisində heç bir ölkənin silahlı birləşmələri ola bilməz. Əgər sülhməramlı qüvvələr qeyri-qanuni erməni silahlı birləşmələrini 10 noyabr sazişinə uyğun olaraq ərazimizdən çıxartmırsa, onda Azərbaycan ordusunun vəzifəsidir ki, bu silahlı birləşmələri sıradan çıxartsın və torpaqlarımızdan təmizləsin. Bu baxımdan ordumuzun addımları beynəlxalq hüququn normalarına uyğundur, eyni zamanda ədalət prinsipinə əsasən tamamilə düzgündür. Heç kəs ölkəmizin ərazi bütövlüyünə təhdid elə bilməz”. 
 
Azərbaycan Milli Dirçəliş Partiyasının sədri Fərəc Quliyev hesab edib ki, Azərbaycan ordusu Qarabağda bu kimi anti-terror əməliyyatlarını davam etdirməlidir. 
 
“44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli 10 noyabr bəyanatının 4-cü maddəsində qeyd olunur ki, sülhməramlı adı altında rus qoşunlarının Qarabağa daxil olması ilə paralel Ermənistanın silahlı birləşmələri oradan çıxmalıdır. Təəssüflər olsun ki, bu günə qədər erməni silahlı birləşmələri öz ərazimizdən çıxarılmayıb, Rusiya və Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Azərbaycan rəhbərliyi Xarici işlər, Müdafiə nazirliyi səviyyəsində, eyni zamanda Prezidentin son müşavirələrində bildirilib ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələri təhdid törədirlər, onlar oradan çıxmalıdırlar. Azərbaycan ordusu öz ərazisində anti-terror əməliyyatları keçirməyə məcburdur. Sonuncu erməni silahlısı torpaqlarımızdan çıxana qədər bu əməliyyatlar davam etməlidir. Azərbaycan 10 noyabr bəyanatının öhdəliklərinin yerinə yetirilməsini tələb edirik. Əgər könüllü şəkildə etmək istəmirlərsə, onları məcburi şəkildə ərazimizdən çıxardacağıq.  Bizim partiyamız atılan son addımları dəstəkləyir və Azərbaycan ordusunun, Ali Baş Komandamızın yanındayıq”. 
 
Ağ Partiyanın sədri Tural Abbaslı onun sədrlik etdiyi partiya Azərbaycanın ərazi bütövlüyü istiqamətində atılan bütün siyasi, hərbi və diplomatik addımları dəstəklədiyini bildirib. 
 
“Əsgərimizin şəhid olmasının cavabı verilməli idi. Azərbaycan öz gücünü göstərməli, həmin ərazilərin kimə məxsus olduğunu sübut etməlidir. Biz görürük ki, öz ərazilərimizdə Rusiya və Ermənistan bizə qarşı fəaliyyət göstərir, qanunsuz birləşmələr orada möhkəmlənməyə çalışırlar, yenidən səngərlər qazırlar, silahlar daşıyırlar. Biz də bunlara sakit şəkildə göz yuma bilmərik. Dünyanın heç bir ölkəsi öz qanuni ərazisində terrorçuların güclənməsinə imkan vermir. Bu əməliyyatlar Xankəndinə kimi davam etməlidir. Respublika Prokurorluğun cinayət qaldırdığı və axtarışda olan qondarma rejimin rəhbəri Arayik Arutyunyanın qulağından tutub Bakıya gətirmək lazımdır”.  
 
Milli Dirçəliş Partiyasının sədri Nemət Pənahlı qeyd edib ki, gec-tez Qarabağda anti-terror əməliyyatları keçirilməli idi. 
 
“Torpaqlarımızı erməni terrorçu ünsürlərdən təmizləmək Azərbaycan ordusunun haqqıdır, müqəddəs vəzifəsidir. Orumuzun qalibiyyəti millətimizin və dövlətimizin Zəfəridir. Biz hər zaman dövlətimizin və ordumuzun yanındayıq, bundan sonra da olacağıq”. 
 
Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov Qarabağda baş verən hadisələrlə əlaqədar olaraq partiyasının Ali Baş komandanın mövqeyini dəstəklədiyini bildirib. Partiya sədri hesab edir ki,  Qarabağda erməni separatçılarına qarşı aparılan hərbi əməliyyatlar ordumuzun mühüm uğurudur, təqdirəlayiqdir, ən əsası bu əməliyyatlar erməni silahlı birləşmələrinin tör-töküntələri çıxarılana qədər davam etməlidir.
 
Yunis Abdullayev 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Rusiyanın İsveçdəki nümayəndəliyinə dronla hücum edilib
21:55 05.07.2025
Ermənistan baş naziri Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha təkrarlayıb.
21:40 05.07.2025
Fransada təyyarə qəzası baş verib
21:25 05.07.2025
Cənubi Koreya Prezidentinin təhlükəsizlik üzrə müşaviri Vaşinqtona səfər edəcək
21:10 05.07.2025
Mingəçevirdə baş verən toqquşma zamanı xəsarət alanların kimliyi məlum olub
20:55 05.07.2025
Hakan Fidan Braziliyada BRICS sammitində Türkiyəni təmsil edəcək
20:40 05.07.2025
Xabi Alonso Arda Gülərdən danışıb
20:25 05.07.2025
Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub
20:10 05.07.2025
"Traktor" klubunun oyunları Azərbaycanda canlı yayımlanacaq
19:55 05.07.2025
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
19:40 05.07.2025
Ərdoğandan PKK açıqlaması
19:25 05.07.2025
UEFA məşhur klubları milyonlarla avro cərimələdi
19:10 05.07.2025
“Tərlan - 2025” təlimində iştirak edəcək Qazaxıstan hərbçiləri ölkəmizə səfər edib
18:55 05.07.2025
“Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın diplomatik və strateji qələbəsidir”
18:40 05.07.2025
Yusif Məmmədəliyevin 120 illiyi dövlət səviyyəsində qeyd olunacaq
18:25 05.07.2025
Ərdoğan: Azərbaycan Suriyaya təbii qaz tədarükündə yardım etməyə hazırdır
18:10 05.07.2025
"İran uranı zənginləşdirməyə davam edir"
17:55 05.07.2025
İran Prezidenti Xankəndi səfəri ilə bağlı açıqlamar verib
17:40 05.07.2025
Rusiya-Azərbaycan gərginliyinə Ərdoğandan münasibət
17:25 05.07.2025
Fransada indi də aviadispetçerlər etiraz edir
17:10 05.07.2025
İrlandiyada təyyarə yanıb
16:55 05.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunu Türkiyəyə gətirməyə çalışır
16:40 05.07.2025
Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür
16:25 05.07.2025
Şesni "Barselona"da qalacaq
16:10 05.07.2025
ABŞ-də daşqınlar nəticəsində ölənlərin sayı 24-ə çatıb
15:55 05.07.2025
Ərdoğandan Zəngəzur dəhlizindən danışdı
15:32 05.07.2025
"İnter" Fransalı yeni hücumçusunu qarşıladı
15:25 05.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
15:10 05.07.2025
Aİ İsraillə imzaladığı assosiasiya sazişini dayandıra bilər
14:55 05.07.2025
Türkiyədə üç bələdiyyə başçısı saxlanıb
14:40 05.07.2025
Naxçıvanda barama istehsalı 17 % artıb
14:25 05.07.2025
Bakı-Xankəndi-Laçın növbəti avtobus reysi açılacaq
14:10 05.07.2025
Əli Əsədov UNESCAP-ın icraçı katibi ilə görüşüb
13:55 05.07.2025
Azərbaycan Prezidenti: Ölkəmizdə çox müsbət sərmayə iqlimi var
13:40 05.07.2025
Tramp gələn həftə Qəzzada atəşkəslə bağlı razılaşma əldə oluna bilinəcəyini deyib
13:25 05.07.2025
QMİ sədri: Azərbaycan Qarabağda dini ayrıseçkilik etmədən bütün dini abidələri bərpa edir
13:10 05.07.2025
“Estrozi erməni separatizminin açıq müdafiəçilərindən biridir”
13:02 05.07.2025
Qazaxıstan XİN başçısının müavini Aİ və NATO yanındakı Nümayəndəliyin rəhbəri təyin edilib
12:55 05.07.2025
"Liverpul" həlak olan futbolçunun almalı olduğu məbləği ailəsinə ödəyəcək
12:40 05.07.2025
Azərbaycanla Pakistan arasında Anlaşma Memorandumu imzalanıb
12:25 05.07.2025
Hamısı